Modern.az

“Qalatasaray” “Fənərbaxça”nı iki dəqiqədə yendi

“Qalatasaray” “Fənərbaxça”nı iki dəqiqədə yendi

Eğitim

19 Oktyabr 2014, 00:12



Türkiyə çempiontanın bu gün keçirilən 6-cı turunun məırkəzi oyunu “Qalatasay”-“Fənərbaxça” derbisi olub. Modern.az saytı xəbər verir ki, 88 dəqiqə rəqibindən üstün oyun nümayiş etdirməsinə baxmayaraq “Qalatasaray” əzəli rəqibinin qapısına yol tapa bilməyib. Oyunun 88-ci dəqiqəsində “Cim-bom”un hollandiyalı ulduz oyunçusu Vesley Sneyder cərimə meydançasının kənarından vurduğu qarşısıalınmaz zərbə ilə hesabı açıb. Bundan 2 dəqiqə sonra Sneyder daha bir dəfə fərqlənib. “Fənərbaxça” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Oyunun əsas vaxtına əlavə olunan 5-ci dəqiqədə Alper Potuk hesab arasındakı fərqi birə endirib. Beləliklə, “Qalatasaray” əzəli rəqibini 2:1 hesabı ilə məğlub edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı