Modern.az

Yeni Məşədi İbad “tapıldı”

Yeni Məşədi İbad “tapıldı”

Eğitim

24 Oktyabr 2014, 16:05


Oktyabrın 26-da Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının premyerasında    Məşədi İbad rolunu əməkdar artist Şövqi Hüseynov ifa edəcək.

Modern.az xəbər verir ki, yeni mövsüm üçün Məşədi İbad roluna üç nəfər namizəd olub. Son günlərə qədər bu rol üçün ən real namizədlər arasında aktyorlar Ələkbər Əliyevlə Şövqi
Hüseynovun adları çəkilirdi.

Şövqü Hüseynovun sözlərinə görə ona Məşədi İbad rolunda çıxış etməsini teatrın direktoru Əliqismət Lalayev təklif edib. Teatr səhnəsində bu obrazı indiyədək  Mirzağa Əliyev, Əliağa Ağayev, Lütfəli Abdullayev, Hacıbaba Bağırov kimi korifey aktyorlar ifa edib.  

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı