Modern.az

Prezidentlərin üçtərəfli formatda görüşü oldu

Prezidentlərin üçtərəfli formatda görüşü oldu

تحصیلات

28 Oktyabr 2014, 00:05

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Parisdə görüşü olub. Modern.az saytı xəbər verir ki, Parisdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan rəhbəri Serj Sərkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sərkisyanın görüşü keçirilib. Daha sonra Fransa Respublikasının Prezidenti Fransua Ollandın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə görüşü olub. 

Görüşlərdən sonra Fransa Prezidenti Fransua Olland tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın şərəfinə şam yeməyi verilib.


Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı