
“Dağlıq Qarabağdakı separatçı rejimdə azərbaycanlı girovların qondarma məhkəməsi teatr səhnəsini xatırladırdı”.
Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında deputat Aydın Mirzəzadə deyib. O qeyd edib ki, hər hansı bir ölkədə guya insan haqlarının pozulması ilə bağlı tez-tez bəyanatlar verən Qərb dairələri azərbaycanlı girovlarla bağlı bunu etmirlər. Onun sözlərinə görə, Ermənistan mətbuatı öz təbliğatını quraraq Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yalan məlumatlar yayırlar: “Amma nədənsə, Qərb təsisatları girovların taleyini düşünmür”.