Modern.az

Ermənilər Ermənistandan niyə qaçırlar?

Ermənilər Ermənistandan niyə qaçırlar?

Təhsil

5 Avqust 2010, 23:41
ABŞ-ın sosioloji araşdırmalarla məşğul olan «Gallup» təşkilatının avqustun 5-də yaydığı sorğu nəticələrinə görə, MDB-nin 70 milyon sakini işləmək, ya da oxumaq üçün xarici ölkələrə getmək istəyir. Onların da yarısı birdəfəlik ölkələrindən köçmək istəyirlər. Birdəfəlik köçmək, yaxud heç olmasa, müvəqqəti iş, ya da təhsil dalınca başqa ölkələrə getmək istəyənlərin sayı Ermənistanda başqa ölkələrdən daha çoxdur. Bu ölkənin xaricdə başqa qonşularından daha çoxsaylı diasporu var. Ehtimallara görə, hazırda xarici ölkələrdə Ermənistanın özündən daha çox erməni yaşayır. (“Azadlıq” radiosu)

Keçmiş SSRİ ölkələrində miqrasiya arzuları

 

Ölkələr

İş üçün müvəqqəti başqa ölkəyə getməyi arzulayıram 

Oxumaq və işləmək üçün müvəqqəti başqa ölkəyə getmək istəyirəm 

Birdəfəlik başqa ölkələrə köçmək istəyirəm 

 Ermənistan

44%

 39%

 39%

  Moldova

53%

 30%

 36%

  Belarus

35%

 32%

 20%

 Qırğızıstan

34%

 32%

 18%

 Qazaxıstan

30%

 32%

 15%

 Ukrayna

21%

 20%

 15%

 Gürcüstan*

34%

 31%

 14%

 Azərbaycan

24%

 19%

 12%

 Rusiya

22%

 24%

 11%

 Tacikistan

28%

 25%

 9%

 Özbəkistan

24%

 30%

 6%

 Türkmənistan*

19%

 24%

 5%

Ermənistan bu sırada yalnız Moldovadan geridə qalır. Moldovalıların 53%-i imkan düşsə, dərhal ölkəsini tərk edəcəyini deyib. İşsizliyin yüksək səviyyədə olması, xaricdəki yaxınlarının göndərdiyi puldan hədsiz asılılıq Moldova vətəndaşlarını başqa ölkələrə üz tutmağa məcbur edir. Bu ölkədə az qala hər ailədən bir nəfər xarici ölkədə işlədiyini deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı