Modern.az

Əhməd Davutoğlu: “Azərbaycan gücləndikcə, biz də özümüzü güclü hiss edirik”

 Əhməd Davutoğlu: “Azərbaycan gücləndikcə, biz də özümüzü güclü hiss edirik”

Təhsil

6 Avqust 2010, 11:24

Türkiyənin Bodrum şəhərində Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev, Qırğızıstanın XİN başçısı Ruslan Kazakbayev arasında görüş olub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, görüş Türkiyə XİN başçısının sədrliyi ilə Bodrumda türk dilli ölkələrin xarici siyasət idarələri başçılarının  qeyri-formal sammiti çərçivəsində baş tutub.

Elmar Məmmədyarov  üçlü görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib ki, Əhməd Davutoğlu ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib.

Azərbaycanın XİN başçısı ümid etdiyini bildirib ki, Davutoğlu Qarabağ nizamlanmasında çox faydalı təşəbbüslərlə çıxış edəcək.

Davutoğlu mətbuat konfransında Türk Dünyası Şurası baş katibliyinin İstanbulda olacağını və bu qurumun türk dilli cümhuriyyətlər arasında əlaqələrin möhkəmləndirilməsində xüsusi rolu olacağın qeyd edib.
“Qazaxıstan ATƏT sədri oldu. Sadəcə, Qazaxıstan deyil, həm də bizim, Azərbaycanın, Qırğızıstanın, Özbəkistan da daxil olmaqla ortaq mədəniyyətə sahib olan ölkələrin şərəfidir. Onların uğurları bizim uğurlarımzdır. Azərbaycan gücləndikcə, biz də özümüzü güclü hiss edirik”,-deyə Davutoğlu bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı