Modern.az

“Abituriyent” jurnalının 7-ci sayı satışa çıxarıldı

“Abituriyent” jurnalının 7-ci sayı satışa çıxarıldı

Təhsil

6 Avqust 2010, 11:50

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, həmin yerlər üzrə ixtisas seçimi avqustun 6-dan 10-dək internet vasitəsilə aparılır. A
bituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı (həmin ixtisaslar jurnalın bu sayında təqdim edilib) orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 15-dək ixtisas kodunu seçir və onları www.tqdk.gov.az/ali2010/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni ödəmə kartını alır və onun şifrindən istifadə edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı