Modern.az

Gənclər milli dəyərlərimizi təbliğ edib - FOTO

 Gənclər milli dəyərlərimizi təbliğ edib - FOTO

Eğitim

5 Noyabr 2014, 10:45

“Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi Zaqatala, Quba və Bakı şəhərlərində “Azərbaycan gəncliyi milli irsimizin dayağıdır” adlı layihəsini həyata keçirib. Layihə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirlib. Tədbirlərdə müvafiq rayonların icra hakimiyətlərinin nümayəndələri, rayonda yaşayan gənclər iştirak ediblər.

“AİM” İB-nin baş katibi Bəxtiyar Rəhimov həyata keçirlən layihənin məqsədi  haqqında danışaraq bildirib ki, əsas hədəf xalqımızın qədim, zəngin milli mənəvi və əxlaqi dəyərlərimizi  təbliğ etməkdir. Natiq qeyd edib ki, qədim yurdumuzun bu dəyərlərini qorumaq və təbliğ etmək əsas vəzifədir. Tarix boyu bu dəyərlərimiz xalqımızın formalaşmasında böyük rol oynayıb. B. Rəhimov bildirib ki, qloballaşan dünyada milli dəyərlərin itməsi ilə bağlı bütün dünyada həyəcan təbili çalınır. Azərbaycan gəncliyi özünün milli mənəvi dəyərlərini qorumğaı və təbliğ etməyi özünün əsas vəzifələrindən hesab etməlidir.  

Keçirilən tədbirlərdə  20 nəfər gənc iştirak edib.  Tədbirdə iştirak edən gənclərə bukletlər və dəftərxana ləvazimatları verilib.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı