Modern.az

Musa Qasımlı Emlər Akademiyasında institut direktoru oldu

Musa Qasımlı Emlər Akademiyasında institut direktoru oldu

Təhsil

5 Noyabr 2014, 18:09



Bu gün Azərbaycan Milli Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Modern.az xəbər  verir ki, iclasda bir sıra vacib qərarlar qəbul edilib. İclasda da yeni təyinatlar da baş tutub. Belə ki, millət vəkili, professor Musa Qasımlı AMEA-ın Dünya Siyasəti İnstitutnun direktoru təyin edilib.

Musa Cəfər oğlu Qasımlı 1957-ci il oktyabrın 28-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi tərifnamə ilə bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmiş və Yardımlı rayonunda müəllim işləyib. 1982-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasında təhsil alıb. 1986-cı ildə dinc yanaşı yaşamaq problemlərinə həsr edilmiş namizədlik, 1992-ci ildə, 35 yaşında isə İkinci Dünya müharibəsindən sonra SSRİ dağılanadək olan dövrdə Azərbaycanın beynəlxalq mədəni əlaqələri mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Ölkədə ən gənc tarix elmləri doktoru, professor olub. 1986-1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim, dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışıb. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur.
1992-1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində işləyib.
2010-cu il noyabrın 7-də keçirilən parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Milli Məclisin Elm və Təhsil Komitəsinin, Türkiyə, Kanada, Braziliya, Peru, Danikmarka, Malta, Estoniya, Bosniya-Hersoqovina parlamentləri ilə dostluq qruplarının üzvüdür. Azərbaycan Respublikası Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.
Azərbaycan tarixinin bir sıra öyrənilməmiş problemlərinin – Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918), Azərbaycan istiqlal mübarizəsi və xarici dövlətlər (1920-1945), Azərbaycan-Türkiyə, Azərbaycanın xarici dövlətlərlə diplomatik-siyasi münasibətləri (1920-1922), Cənubi Qafqaz Rusiya, Türkiyə və Antanta arasında (1920-1924), SSRİ-Türkiyə diplomatik-siyasi münasibətləri (1960-1991), Azərbaycanın beynəlxalq mədəni əlaqələri (1946-1991) və b. araşdırılması onun adı ilə bağlıdır.
ABŞ, Argentina, Türkiyə, Böyük Britaniya, Rusiya, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Gürcüstan, İran, Kipr və b. ölkələrdə Azərbaycan tarixinin indiyədək araşdırılmayan problemlərinə həsr olunmuş irihəcmli 11 kitabı və nüfuzlu jurnallarda 50-dən çox elmi məqaləsi ingilis, ispan, türk, rus, ukrayn, polyak, rumın, fars və b. dillərdə nəşr edilib. Monoqrafiyaları haqqında xaricdə müsbət rəylər dərc olunub. Əsərlərinə ABŞ, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İraq, Polşa və Rumıniya alimləri istinad ediblər.
1983-2014-cü illərdə Azərbaycanda keçirilən 25-dən çox elmi konfransda məruzələr edib.
1985-2014-cü illərdə 40-dək beynəlxalq elmi konfransda – Orlando, San-Fransisko, Los-Ancelos (ABŞ), Plovdiv (Bolqarıstan), Krakov,Varşava (Polşa), Bilkent, İstanbul, Ankara, Elazığ, Ərzurum, İqdır, Ardahan, Trabzon, İzmir, Ədirnə, Bandırma, Əskişəhər, Uşak, Bitlis (Türkiyə), Moskva, Yekaterinburq, Nijni Novqorod (Rusiya), Tiflis, Batum (Gürcüstan), Qazimaqosa, Lefkoşa, Girne (Kipr), Tehran, Təbriz (İran), Vilnüs (Litva), Odessa, Kiyev (Ukrayna), Türküstan (Qazaxıstan), Tallin (Estoniya), Amsterdam (Hollandiya), Frankfurt, Köln, Bielefald, Hamburq (Almaniya), Skopye (Makedoniya), Vyana (Avstriya), Budapeşt (Macarıstan) və b. etdiyi məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil edib.
Ali məktəblər üçün "Beynəlxalq münasibətlər tarixi" dərs vəsaitinin, iki hissədən ibarət "Avropa və Amerika ölkələrinin müasir tarixi" dərsliyinin müəllifidir.
2004-cü ildə ABŞ-ın Vircinya ştatında Corc Meyson Universitetində araşdırma proqramı üzrə çalışıb.
ABŞ-da fəaliyyət göstərən Orta Şərq Araşdırmaları Assosiasiyasının (Arizona Universiteti), Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin (Harvard Universiteti), Turan SAM, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin (Türkiyə) üzvü, Ukraynadakı Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür (Kiyev). "Rumıniya Avrasiya araşdırmaları" (Rumıniya), "Qafqaz və Mərkəzi Asiya araşdırmaları", "Turan SAM", "Türk bilimi" (Türkiyə) və "Qafqaz i mir" (Gürcüstan) elmi jurnallarının redaksiya heyətinin üzvüdür.
SSRİ Siyasi Elmlər Assosiasiyasının, SSRİ Elmlər Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət tarixi Elmi Şurasının üzvü (1987-1991), Azərbaycan EA Tarix İnstitutunda fəaliyyət göstərən ixtisaslaşdırılmış doktorluq Müdafiə Şurasının həmsədri (1997-1999), Təhsil Nazirliyi Elmi-Metodik Şurası tarix bölməsinin (1997-1999), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər ixtisası üzrə Ekspert Şurasının (2004-2007) üzvü olmuşdur. BDU-da fəaliyyət göstərən Müdafiə Şurasının üzvüdür. Azərbaycan Respublikası Təhsil Nazirliyi Dərslikləri Qiymətləndirmə Şurasının və BDU tarix fakültəsinin Elmi Şurasının üzvüdür.Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub (2009).
Rəhbərliyi altında 12 nəfər namizədlik, 3 nəfər doktorluq dissertasiyası işini müdafiə edib.

Elmin NURİ  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı