Modern.az

Çingiz Qənizadə: “Turizmlə bağlı xüsusi xidmət müəssisələri yaradılsın”

Çingiz Qənizadə: “Turizmlə bağlı xüsusi xidmət müəssisələri yaradılsın”

Təhsil

5 Noyabr 2014, 18:48

“Kənd yerlərinə dərman-sarğı preparatlarının çatdırılmasında problemlıər var”. Modern.az saytının məlumatına görə bunu Milli Məclisdə 2015-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

Deputat öz maliyyə vasitəsilə dövlət obyektləri ilə bağlı əlavə tədbirlər görülməsini də təklif edib. Onun sözlərinə görə hər il dövlət büdcəsindən həmin teatrlara və digər obyektlərə küli miqdarda pul ayrılması məsələsinə diqqət yetirilməlidir.

Çingiz Qənizadə Azərbaycandan turizm sahəsində yaranan problemlərə də toxunub: “Yerlərdə turizmin inkişafına diqqət yetirmək lazımdır. Təklif edirəm ki, bununla bağlı xüsusi xidmət müəssisələri yaradılsın. Peşə məktəblərində turizmlə bağlı kadrlar hazırlansın”.

Deputat polis idarələrində müstəqnitiqlərin az olmasından da şikayət edib: “Polis idarələrində müstəntiqlər 12-16 nəfər arasında dəyişir. Hər müstəntiqdə də təxminən 20-yə qədər cinayət işi olur. Bu, həmi materialların obyektiv araşdırılmasını çətinləşdirir. Yaxşı olardı ki, polis idarələrində müstəntiq və təhqiqatçıların sayı artırılsın”.

Çingiz Qənizadə yerli QHT-lərə də maliyyə ilə bağlı  diqqətin artırılmasının vacibliyini vurğulayıb.

Aqşin Kərimov

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı