Modern.az

“Toyota” avtomobillərini geri çağırdı

 “Toyota” avtomobillərini geri çağırdı

Təhsil

13 Noyabr 2014, 14:47

“Toyota” şirkəti  dünya miqyasında ümumilikdə 361,800 avtomobili fərqli hissələrinin düzəldilməsi üçün geri çağırdığını açıqlayıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, geri çağırılan avtomobillərin təxminən 50%-ni (170 min ədədə yaxın) “Camry” modeli əhatə edir. Bu modeldə avtomobilin idarəsinin nəzarətdən çıxmasına səbəb olan problemlər müəyyən olunub.

Problem aşkarlanan digər iki model isə “Hiace” və “Regius Ace” avtomobilləridir.. Bu vasitələrin yanacaq borularında nasazlıq olduğu müəyyənləşib.  

Avtomobillərin 228 mininin Yaponiyada, 123 mininin də Avropada olduğunu açıqlayan Toyota səlahiyyətliləri indiyə qədər bu nasazlıqlar səbəbiylə hər hansı bir qəza yaşanmadığını deyib.  

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı