
Baş Cinayət Axtarışı və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri, Səbail rayon Polis İdarəsi 39-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-dən 14-dək olan müddətdə Gürcüstan vətəndaşı Boris Maçaidzeni Bakı şəhəri ərazisindəki müxtəlif evlərdə girov saxlayan dəstə ifşa olunub.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, girov götürdükləri şəxsi öldürəcəkləri ilə hədələyərək buraxılması müqabilində ailə üzvlərindən 10.000 manat tələb edən həmyerliləri Georgi Qatanadze, Teymurazi Kobaxidze, Mogeli Gelaşvili və Bakı şəhər sakini Rəfayel Xubalaşvili tutulublar.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Modern.az