Modern.az

Qaçqın şəhid anıldı

Qaçqın şəhid anıldı

Təhsil

18 Noyabr 2014, 21:39

 

Aşıq Şamşir" Madaniyyat Ocağı İctimai Birliyi bu  gün Yevlax şəhərindəki Şəhidlər Xiyabanında Qarabağ müharibəsində şəhid olmuş Abdullayev Natıq Xurşud oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçrib.

Tədbirdə rayon ziyalıları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak edib. Natiq Abdullayevi tanıyanlar onun haqqında xatirələrini bölüşüblər. Kəlbəcər rayon 30 saylı məktəbin şagirdləri vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər. Birliyin sədr müavini Həbib Misirov dövlətin şəhidlərin adının əbədiləşdirilməsinə və onların ailə üzvlarinə göstərilən diqqət və qayğısından danışıb. O, qeyd edib ki, Şəhid ailələrinin sosial problemlərinin, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində proqramlar qəbul olunub va tədbirlər hayata keçirilib. Şəhidin baçısı Sədaqət xanım qardaşın keçdiyi ömür yolu ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.  

Natiq Abdullayev 1965-ci ilin 18 noyabrında Ağdərə rayonunun Narınclar kəndində dünyaya gəlib. 1993-cü ildə narınclar kəndinin də taleyinə köçkünlük damğası vuruldu. O zaman Natiq Yevlax rayon hərbi polis şöbəsinə işə qəbul olundu. Ağdam, Tərtər, Goranboy istiqamətində gedən döyüşlərdə fəallıq göstərdi. Ağdamın Güllücə kəndində 7 gün mühasirədə qaldı. Çətinliklədə olsa mühasirədən çıxa bildi.
1994-cü il iyununda Qarabağda şəhid olub.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı