Modern.az

İŞİD Bağdada doğru irəliləyir

İŞİD Bağdada doğru irəliləyir

Təhsil

14 Dekabr 2014, 00:15

Koalisiya qüvvələrinin İŞİD-ə qarşı hava hücumları nəticə vermir.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD-in İraqda irəliləməsi yerli hökuməti narahat etməyə başlayıb. Əyalət Məclisi İŞİD-in ələ keçirdiyi Anbar şəhərinin valisini istefaya göndərib. Əyalət Məclisi rəhbəri Bağdaddan dərhal təcili addımlar atmasını istəyib. Qurudan və havadan dəstək istənilib.

İŞİD isə Bağdada doğru irəliləyir. Paytaxtın ələ keçiriləcəyi təqdirdəİraqın süqutunu elan edəcəyi ehtimalları artır.

İraq Məclis spikeri Səlim Ciburi Baş nazir Heydər Əl-İbadi ilə telefon danışığı apararaq son durumu müzakirə ediblər.

Qeyd edək ki, bu gün İŞİD Anbar şəhərini ələ keçirib və terrorçular İraqın mərkəzinə doğru irəliləyir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı