Modern.az

İraqda 60 İŞİD-çi öldürüldü

İraqda 60 İŞİD-çi öldürüldü

Education

23 Dekabr 2014, 15:32

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik qüvvələrinin generalı, Qasım  əl-Məhəmmədi Ramadinin müxtəlif bölgələrində İŞİD  yaraqlıları ilə döyüş olduğunu  söyləyib. Məhəmmədi  bu qarşıdurmalarda 30- İŞİD-çinin öldürüldüyünü  bildirib.
Onun sözlərinə görə, Fərat çayı ilə  bölgəyə  keçməyə  çalışan 10 İŞİD yaraqlısı da qarşıdurmalar zamanı öldürülüb.

Məhəmmədi deyib ki, orduya  məxsus  təyyarələrinin Ramadinin Əs-Sicariyyə  bölgəsinə  təşkil etdiyi bombalı basqında daha 20 İŞİD-çi öldürülüb.

O, həmçinin təhlükəsizlik qüvvələrinin  Ramadidə  orduya və koalisiya qüvvələrinə məxsus döyüş təyyarələrinin dəstəyi  ilə irələdiyini qeyd edib.

Xatırladaq ki, İraqda  İŞİD  liderliyindəki silahlı qrupların iyun ayında Mosul başda olmaqla,  bəzi bölgələrin idarəsini ələ keçirib. Bundan sonra  ölkənin müxtəlif yerlərində İŞİD  yaraqlıları  ilə təhlükəsizlik gücləri arasında qarşıdurmalar davam edir. İraq ordusu və ABŞ-a məxsus  hava  gücləri də bir müddətdir ki,  İŞİD-in idarəsindəki bəzi hədəflərə aviazərbələr təşkil edirlər.  

Məltəm Talıbzadə    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı