Modern.az

Bakıda torpaq alan kişinin sənədi saxta çıxdı

Bakıda torpaq alan kişinin sənədi saxta çıxdı

Eğitim

26 Yanvar 2015, 13:08

Yanvarın 24-də Bakı şəhər sakini Xəyal Tağıyev Suraxanı rayon Polis İdarəsinin  31-ci polis bölməsinə müraciət edərək 2014-cü il avqust ayının 19-da paytaxt sakini Bəxtiyar Məmmədbəylidən 3 sot torpaq sahəsi aldığını bildirib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvəzində torpaq satan şəxsə “BMW” markalı avtomobilini və 1250 manat versə də, bu şəxsin ona təqdim etdiyi torpağa aid sənədlərin isə saxta olduğu üzə çıxıb. Faktla bağlı araşdırma aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı