Modern.az

“Viktoriya Nulandın səfəri Azərbaycan üçün çox səmərəli olacaq” - Politoloq

“Viktoriya Nulandın səfəri Azərbaycan üçün çox səmərəli olacaq” - Politoloq

Eğitim

17 Fevral 2015, 14:13


“Düşünürəm ki, Viktoriya Nulandın birinci olaraq Bakıya səfər etməsi Azərbaycana verilən önəm və diqqətlə bağlıdır. Səfər çərçivəsində Qarabağ problemi də daxil olmaqla bir çox məsələləri müzakirə etmək fikrindədirlər  və demək olar ki, oxşar tipli məsələlər Gürcüstan rəhbərliyi ilə də müzakirə ediləcək. Daha sonra Gürcüstandan Ermənistana səfər ediləcək. Bütün Cənubi Qafqazın məsələləri ilə bağlı müzakirələr aparılacaq”.

Bunu Modern.az-a keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Azərbaycana rəsmi səfəri haqqında danışarkən deyib.

Ekspert bildirib ki, əsas müzakirələr Cənubi Qafqazdakı separatçı rejimlər haqqında aparılacaq və bu səbəbdən də səfər bütün region ölkələri üçün xüsusi əhəmiyyət daşımaqdadır: “Əsas diqqət Azərbaycan və Gürcüstandakı separatizm məsələsinə yönəldiləcək. ABŞ prezidenti Barak Obama bu yaxınlarda Konqresdə ciddi tənqid edildi və onun Cənubi Qarfqaza lazımi diqqət göstərmədiyi vurğulandı. Eyni zamanda, Konqresdə Azərbaycan məsələsi də müzakirə edilib, çıxış edənlərin əksəriyyəti Azərbaycanın ABŞ üçün strateji cəhətdən çox əhəmiyyətli bir önəm daşıdığını qeyd ediblər. Cənubi Qafqazın əsas ölkəsi kimi Azərbaycanla münasibətlərin hansı bir strateji səviyyədə qurulacağı haqqında fikirlər səsləndirilib. Bir çox şəxslər fərqli şeyləri proqnozlaşdırırdılar. Lakin əksinə Bark Obamaya təklif edildi ki, Azərbaycanla münasibətlər yüksək strateji səviyyəyə çatdırılsın.”

Qabil Hüseynli son zamanlar ABŞ-ın Qarabağ probleminin həlli istiqamətində əvvəlki dövrlərdən fərqlənən mesajlar göndərdiyini də vurğulayıb: “Ceyms Uorlikin dünən müsahibəsinə qulaq asdım. O, Azərbaycanın ərazi bütyövlüyü məsələsini birmənalı vurğuladı və daha sonra Azərbaycanın işğal edilmiş 7 rayonunun heç bir şərt qoyulmadan, qeyri-şərtsiz geri qaytarılmasını bildirdi. Bununla yanaşı, danışıqlar prosesində artıq Ermənistanın mövqeyini pisləyən  müəyyən diplomatik ifadələr işlədilir. Bütün bunlar onu göstərir ki, Viktoriya Nulandın səfəri çox ciddi xarakter daşıyır, zənnimcə bu səfər Azərbaycan-ABŞ münasibətlərində çox əhəmiyyətli rol oynaya bilər. Ermənistana təzyiq olacağını istisna etmirəm. Artıq ABŞ işğal edilmiş torpaqlardan danışır. Ən əsası isə işğal edilmiş torpaqlara səhvən “Artsax erməniləri” deyildiyi kimi yox, ermənilərin işğal etdiyi kimi yanaşır və danışıqlarda Ermənistan tərəfini konstruktiv mövqe tutmadığını bildirir. Lakin eyni zamanda, diplomatik bir ifadə də işlədirlir ki, hər iki tərəf konstrktiv iradə nümayiş etdirməyə cəhd göstərtməlidir. Bununla belə, xüsusi olaraq, Ermənistan tənqid edilir. Baş verən proseslər fonunda Azərbaycan və Rusiya münasibətləri yaxşılaşmağa doğru gedir. Açığı bu münasibətlər yaxşı səviyyədədir və biz bu münasibətlərdən istifadə edərək Qarabağ problemini həll etməyə çalışırıq. Amma eyni zamanda, ABŞ-la da münasibətlərdə hər hansı bir soyuqluğun yaranmasını istəmirik. Ona görə də Viktoriya Nulandın səfəri və aparılacaq danışıqlar səmərəli olacaq”.

Ekspert səfər çərçivəsində hər üç ölkə daxilində demokratiya və insan haqları mövzusuna toxunulacağını da istisna etmir.

Şahin Qocayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı