Modern.az

Elmar Qasımov AFFA-dan istefa verdi

Elmar Qasımov AFFA-dan istefa verdi

Təhsil

19 Fevral 2015, 15:27




Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə seçilir. 

Nizamnamənin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq İctimai Futbol Təşklatları İctimai Birliyi İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru  Elmar Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək, işlərinin çoxluğu səbəbindən İcraiyyə Komitəsinin üzvlüyündən istefa verdiyini bildirib və istefasının qəbul olunmasını xahiş edib.

Modern.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bununla bağlı, İctimai Futbol Təşklatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb və seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək. Firudin Qurbanovun İK-ya namizədliyi İctimai Futbol Təşklatları İctimai Birliyinə Futbol Hakimləri Birliyindən verilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı