Modern.az

İŞİD-lə bağlı qan donduran HESABAT: “Cinsi əlaqə üçün Viagradan istifadə edirlər”

İŞİD-lə bağlı qan donduran HESABAT: “Cinsi əlaqə üçün Viagradan istifadə edirlər”

Education

19 Fevral 2015, 21:25


“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının yaraqlıları həyat yoldaşlarını və qaçırdıqları qadınları seksual alt paltarları geyindirərək anormal fantaziyalara zorladığı ortaya çıxıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyadakı İŞİD terrorçuları cinsi güclərini artırmaq üçün Viagra həblərindən istifadə edir və əlaqəyə məcbur etdikləri  qadınlara seksual alt paltarları geyindirirlər.

Qalaları kimi görülən Rakkadaki azğın İŞİD yaraqlılarının vəhşi və anormal cinsi fəaliyyəti, çəkməyə çalışdıqları dinə bağlılıq profilindən əslində nə qədər uzaq olduqlarını bir daha ortaya qoyub.

“Raqqa İs Being Slaughtered Silently” (Rakka səssiz-səmirsiz qətlə yetirilir) təşkilatının hazırladığı hesabata görə, cinsi funksiya pozğunluğundan əziyyət çəkən terrorçular əlaqəyə girmək üçün vəhşi bir instinkt ilə hərəkət edirlər:

“Cinsi məharətlərini ən yüksək səviyyədə tutmaq istəyən yaraqlılar maaşlarının böyük qismini Viagraya sərf edir, qısa müddətli periodlar halında birdən çox qadınla evlənir və onlara seksli iç paltarları geyindirirlər”.

Əlaqəyə girməyə çətinlik çəkdikləri qadınların bədənlərindəki yara izlərindən və xəstəxana sənədlərindən bəhs edilən hesabatda, yaraqlıların normal kənar cinsi iştahalarını aradan qaldırmaq üçün əlaqə əsnasında zorakılığa əl atdıqları detalı da sənəddə yer alıb:

“Bəziləri 9 yaşında olan uşaqlar da daxil olmaq üzrə bir çox qadın İŞİD yaraqlılarına satılır və seks köləsi kimi istifadə edilir. Yaraqlılar komandirlərinin istəyi ilə bir çox qadını da onlarla evlənməyə məcbur edirlər. Evliliyin səbəbi isə xüsusilə xarici döyüşçüləri regiona cəlb etməkdir.  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı