Modern.az

Cen Psaki Dövlət Departamentindən gedir

Cen Psaki Dövlət Departamentindən gedir

Təhsil

19 Fevral 2015, 21:52


Cen Psaki yeni fəzifəyə keçdiyi üçün ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi postunu tərk edir.

Modern.az-ın xarici KİV-ə istinadən bildirir ki, Ağ evdən 36 yaşlı Psakinin hamilə olduğu haqda da məlumat verilib. Ağ ev nümayəndəsi Denis Mak Donun sözlərinə görə, Psakinin övladı iyul ayında dünyaya gəlməlidir. O, aprelin 1-dən Ağ evin kommunikasiya direktoru vəzifəsini tutacaq. Psaki bu postda fevralın 5-də istefaya getdiyini bəyan edən Cennifer Palmeri əvəzləyəcək.

Psaki Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsində 2013-cü ilin fevral ayında işləyir. O, buna qədər – 2009-2011-ci illərdə ABŞ prezidentinin kommunikasiya üzrə köməkçisi olub. Barak Obamanın birinci prezidentliyə namizədliyi zamanı onun yanında hərəkət edən mətbuat katibi, sonradan isə Ağ evin mətbuat katibinin müavini işləyib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı