Modern.az

Boris Nemtsovun güllələnmə anı - VİDEO

Boris Nemtsovun güllələnmə anı - VİDEO

تحصیلات

1 Mart 2015, 00:37


Moskvanın mərkəzində qətlə yetirilən rusiyalı siyasətçi Boris Nemtsovun ölümü ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırmalar aparırlar. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda qətllə bağlı bir neçə versiya üzərində təhqiqat aparılır.

Rusiya prezidenti Vladimir Putin Boris Nemtsovun anasına teleqram ünvanlayıb. Putin Nemtsovu qətlə yetirən şəxslərin layiqli şəkildə cəzalandırılıcaqlarını vurğulayaraq, "alçaq və ikiüzlü qətlin sifarişçilərinin və iştirakçılarının layiqli cəza almaları üçün bütün lazımi addımlar atılacaq” bildirib.

Bu arada Rusiyanın ТВЦ  telekanalı “Aleksey Puşkovla postskriptum” proqramında Moskvanın mərkəzində videomüşahidə kameralarının qeydlərini açıqlayıb. Görüntülərdə Boris Nemtsovun qətl anı qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı