Prezident İlham Əliyev Novruz Aslanovun təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncama görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xidmətlərinə görə Novruz Davud oğlu Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatıdır.
Modern.az