Modern.az

Rusiyada yanan ticarət mərkəzində 1 azərbaycanlı ölüb, 2-si yaralanıb

Rusiyada yanan ticarət mərkəzində 1 azərbaycanlı ölüb, 2-si yaralanıb

Təhsil

13 Mart 2015, 11:36

Tatarıstanın Kazan şəhərindəki “Admiral” ticarət mərkəzində baş verən yanğın zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da var.
Modern.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yaralanan 55 nəfərdən 2-si, ölən 10 nəfrdən isə 1-i Azərbaycan vətəndaşıdır.
Dağıntılar altında 20-25 nəfərin qaldığı güman edilir.

"Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfirliyi Kazan şəhərində ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan Respublikası vətəndaşlarının olmasını Rusiya Federasiyası, Tatarıstan Respublikasının fövqəladə hallar xidməti ilə araşdırır.
Rusiya Federasiyası, Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin mətbuat katıbı Andrey Rodigenin Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyinə verdiyi məlumata görə hazırkı vaxtda bir nəfər Azərbaycan Respublikası vətəndaşının yanğın zamanı həyatını itirdiyi müəyyən olunub. Əlavə məlumat daxil olan kütləvi informasiya vasitələrinə məlumat veriləcək"-deyə Azırbaycan XİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib.  

“Admiral” ticarət mərkəzində baş verən yanğınla bağlı həmin mərkəzi icarəyə götürən “Zarya” Açıq Səhmdar Cəmiyyətinin azərbaycanlı direktoru Hüseyn Qəhrəmanov həbs olunub.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı