Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

18 Mart 2015, 12:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah - martın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

Martın 19-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, dağlıq və dağətəyi rayonlarda çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı