Modern.az

Bakının iki rayonunda su olmayacaq

Bakının iki rayonunda su olmayacaq

Təhsil

30 Aprel 2015, 12:16


Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

“Azərsu” ASC –dən Modern.az-a verilən məlumata görə, yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar 30 aprel 2015-ci il tarixdə gün ərzində Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlə veriləcəkdir.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı