37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən namizəliyi irəli sürülən Aydın Abbasov Yeni Gəncə yaşayış massivində ikinci görüşünü keçirdi. Massiv məhəllərinin birində, açıq havada yer alan görüşə yüzlərlə yerli sakin gəlmişdi. Onlar həmişə olduğu kimi indi də öz namizədlərini gürultulu alqışlarla qarşıladılar.
Öz səmimi çixişları ilə görüşə ruh yüksəkliyi gətirən sakinlər Aydın Abbasovun həmişə onların fəxri olduğunu bildirdilər. Deyildi ki, öz əməlləri, işgüzarlıq və bilik-bacarığı ilə xalqımızın haqq səsini yüksək beynalxalq tribunalarda səslədirən A. Abbasov bu dəfə də onların dəstəyinə arxalana bilər və massivin sakinləri hamılıqla ona səs verəcəklər.
Aydın Abbasov öz çıxışında qeyd etdi ki, ötən seçkilərdə ona yüksək etimad göstərən hər bir insan qarşısında baş əyir və onları əmin edir ki, seçilərsə, gələcək beş ildə də Gəncəni Milli Məclisdə, Azərbaycanı isə beynəlxalq təşkilatlarda layiqincə təmsil edəcək.
Aydın Abbasov bir daha vurğuladı ki, 7 noyabr parlament seçkiləri ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edir və bütün dünya bu seçkiləri diqqətlə izləyir. Odur ki, seçki günü seçki məntəqələrinə üz tutub hamılıqla ölkəmizdəki sabitliyə və inkişafa, bir mənalı olaraq dəstəklədiyimiz siyasi kursa, və bunun davamı kimi, xalqımızın ən layiqli namizədlərinə səs vermək lazımdır.
Görüş bitdikdən sonra da A. Abbasov əhatə edən yerli sakinlər onunla uzun-uzadı söhbət etdilər, öz qayğıları ilə bölüşdülər, dəyərli seçici tapşırıqları verdilər.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Seçki qərargahı