Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi Natiq Əfəndiyev 5 ildən sonra oktyabrın 30-da azadlığa buraxılıb. 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq polis rəisi 5 il əvvəl dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da, sonradan onun maddəsi başqa bir maddə ilə (qanunsuz silah saxlama) əvəzlənmişdi.
Mətbuatın məlumatına görə, N.Əfəndiyev azadlığa çıxandan bir neçə dəqiqə sonra dostları və qohumları ilə birlikdə Gəncəyə gedib.
N.Əfəndiyev ilk dəfə 2000-ci ildə həbs olunmuşdu. Ömürlük azadlıqdan mərhum edilən sabiq polis rəisi 2005-ci ilin mart ayında əfv fərmanı ilə azadlığa çıxmışdı. Amma bir neçə aydan sonra onu odlu silah saxlamaq ittihamı ilə yenidən həbs etmişdilər.
Modern.az