18 noyabr 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Deputat İlyas İsmayılovla Fotosöhbət
Deputat İlyas İsmayılovla Fotosöhbət
22.03.2013, 19:02

İlyas Abbas olğu İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub.
1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilin sentyabrına kimi Azərbaycan Respublikası prokuroru olub.
1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSRİ prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.
1992-1994-cü illərdə Azərbaycan Respublikası ədliyyə naziri olub. 1990-cı ildə Leninqrad Universitetində "Cinayətkarlıq və cinayət siysəti"  mövzusunda doktorluq dissertassiyası müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi alıb.
İ.İsmayılov SSRİ Prokurorluğunun fəxri işçisi fərqlənmə nişanının sahubidir.
1995-ci ildə tərəfdarları ilə birlikdə "Ədalət" Partiyasını yaradıb.

1996-ci ildə rəhbərlik etdiyi Ədalət Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşib, İ.İsmayılov həmin partiyanın sədri seçilib. 2000-ci ildən Ədalət Partiyası yenidən müstəqil fəaliyyət göstərir və İ.İsmayılov hazırda onun sədridir.
2010-cu ildə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilib.
Ailəlidir, iki oğlu var.

Onu da qeyd edək ki, İlyas İsmayılovla bu layihədə görüşmək o qədər də asan olmdı. İlyas İsmayılov əvvəldən bizə demişdi ki, şəkil çəkdirməyə heç vaxt meylli olmayıb. Düzü, böyük bir həyat yolu keçən bu insanın az şəklinin olacağına şübhə edirdik. Ancaq həmsöhbətimiz bütün şəkillərini bizə təqdim edəndə bir daha məlum oldu ki, gerçəkdən İlyas İsmayılov çox az şəkil çəkdirib. Özünün dediyi kimi uşaqlıq zamanı buna imkanları olmayıb, qalan vaxtlar isə həvəsi. 

 

İlk şəklimdir. Komsomola keçəndə çəkiblər bunu... Geri boylananda nə qədər ağır günlər keçirdiyini hiss edirsən...

 

Tələbəlik dövrü... Sabirabadın Cavad kəndində pambıq yığımı... Şəkil məndən xəbərsiz yemək yediyim zaman çəkilib.

 

Atam İsmayılov Abbas Qara oğlu, milis işçisi olub. Mən 6 aylıq uşaq olanda atam 33 yaşında vəzifəsinin icrası zamanı həlak olub.

Soldakı anam Məleykə, o birisi isə xalam Məsimədir...

 

Sabirabaddan, pambıq yığımından qayıdırırq. Tələbə olub pambıq yığmamaq heç mümkün deyildi... Tələbə yoldaşım Sabir Dəşdəmirov... O, hazırda fəlsəfə elmləri doktoru, professordur...

 

Tələbə yoldaşlarım. Solda Sabir Daşdəmirov və Çərkəz Musayev, sağdakılar rəhmətə gediblər: Yılmaz Axundzadə və Mürsəl İmanov ...

Bu da tələbəlik illərinin yadigarıdır... Rəhmətlik Zakir Zeynalov və Balağa Niftullayev...

 

Həyat yoldaşım Zəkiyyə xanımın gənclik illərinin şəklidir bu...

 

Bu şəkil Zəkiyyə xanımın Leninqradda tələbəlik vaxtlarının yadigarıdır...

 

Mərkəzi Komitədə işlədiyim vaxtlar... O zaman MK-nın təlimatçıları Rəsul Rəsulov və Nazim Manafov. 

Respublika prokurorunun müavini işləyirəm. Xankəndində iclas keçirirəm.

Aspirant olduğum vaxtlar... Leninqrad (indiki Sankt-Peterburq) bənzərsiz şəhərdir. Mənim həyatımda bu şəhər böyük rol oynayıb... Ortada hüquq elmləri doktoru, professor İsa Məmmədov, sağda Naxçıvanın keçmiş prokuroru Həbib Rzayevdir. 

 

Bu da tələbəlik şəkillərimdəndir... May bayramına çıxmışıq... Tofiq Qafarov, Zakir Zeynalov və mən...

Mərkəzi Komitədə işləyəndə ilk dəfə Azərbaycandan Türkiyəyə səfər edən turist qrupunun rəhbəri  mən idim. Famil Quliyev və Məhəmmədiyyə Əliyevlə...

 

Hər zaman işimdə ciddi olmağa çalışmışam və qanundankənar bir iş görmək ağlıma belə gəlməyib...

 

1981-ci il. Batumidə məzuniyyətdəyəm... Solda xətrini çox istədiyim xalam oğlu Bədirəddin, ortada ixtisasca riyaziyyatçı Əhməd müəllim...


Azərbaycanın SSR-in prokuroruyam...

1994-cü il 22 noyabrda BMT-nin İtaliyanın Neapol şəhərində təşkil etdiyi beynəlxalq konfransda ədliyyə naziri kimi çıxış edirəm.

Almaniyanın prokuroru Azərbaycana gəlmişdi. Onu SSRİ Baş prokuronun müavini Viktor Naydanovla  Lənkərana apardıq. O zaman Lənkəranın birinci katibi Dilruba Camalova idi. Sağda isə Məhəmməd Əsədov...

Balıq tutmağı çox sevirəm. Hətta deyə bilərəm ki, bu, mənim hobbimdir.

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Finin mənə yaxşı münasibəti var idi. Vəfa Quluzadəni isə tanımayan yoxdur... 

 

Süleyman Dəmirəl Bakıya gəlmişdi.

Oğlanlarımın bu şəklini bütün ömrüm boyu cibimdə gəzdirmişəm...

 

Sovetlər dövrüdür...Baş prokurorlar Tiflisə toplaşıb...

Qayıdıb geri baxanda fəaliyyətimlə qürur duyuram...

 

Respublika prokuroruyam... Gurultulu illər... "Azərbaycan gəncləri" qəzetini redaksiyasında birbaşa telefon bağlantısı ilə vətəndaşların suallarına cavab verirəm. Şərəflə işləmək həyatımın mənası olub...

Süleyman Dəmirəl prezidentliyə namizəd kimi məni qəbul edib... O biri isə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Altan Karamanoğludur.

1998-ci il 12 sentyabr mitinqi. Əvvəldən danışdığımız kimi olmadı. Partiya rəhbərlərindən təkcə mən çıxdım o mitinqə...

Həyat yoldaşım Zəkiyyə xanım Tibb Universitetində farmakologiya kafedrasının müdiri işləyərkən...

Keçmiş baş nazir Tansu Çillərlə...

Dövlət Baxçalı ilə 10 dəqiqə danışmalı idik. Ancaq söhbət elə alındı ki, biz yarım saat bir yerdə olduq. O,  məni qapıya qədər ötürdü...

 

SSRİ Elmlər Akademiyasının müxbir üzvü Əhməd İsgəndərov Moskvada yaşayır.

Oğlum Mətin və hüquqşünas Aslan İsmayılovla Nyu-Yorkda...

Cəmil bəy Türkiyədə Azərbaycan Kültür Dərnəıyinin rəhbəridir...

Elxan Şükürlü partiyamızın iclasını aparır...

Böyük oğlum Etimad şahmatı sevir... Görünür bəzən həyatda atacağın addımı şahmatdan öyrənməlisən...

Kiçik oğlum Mətinin toy mərasimi...

O öz ailəsilə birgə... İndi Amerikada yaşayırlar.

 

ABŞ-ın Nyu-Yorkdan olan senatoru Akkyerman 2003-cü ildə məni ölkəsinə dəvət etmişdi...

 

Rəhmətlik Fətulla Hüseynov sinif yoldaşım idi...

 

Təbrizdə-Şəhriyarın ev muzeyində...

 

Ortada akademik Cahangir Kərimov və sağda SSRİ baş prokuroru olmuş Suxarev... Moskvada "Hüquqi dövlət" kitabımın təqdimatında...

 

Balıqçı yoldaşlarım. Məhşur adamlardır...Tofiq Qafarov və Çingiz Müseyibov...

 

Şənlik tədbirlərinin birində lentə alınıb bu kadr... Sağda Mili Elmlər Akademiyasının müxbir üzvü Cəfər Mövsümov və hüquqşünas İdris Əskərov...

Nəvələr... Amma mən hələ "Dövlətdə dəvə, övladda nəvə" məsəlini hiss etməmişəm.

 

Moskva... Sağda keçmiş daxili işlər naziri Abdulla Allahverdiyev, Tahir Salahov və Midhət Abbasov...

Fazil Mustafa dəyər verdiyim insandır...

 

Moskvada ""Hüquqi dövlət" kitabımın təqdimatından sonra... Avtoqraf verirəm... 

 

Milli Məclisdə...

 

Xoşladığım şəkillərimdəndir...

 

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Reshad
19.12.2011, 20:46

İlyas İsmayilov 2013 muxalifetin vahid ve ugurlu namizedi ola biler. Tebiiki ac qurdlar oz iddialarindan chekilb onun namizedliyini destekleseler. Fotolardan da kechdiyin heyat yolundan hiss olunur iki İlyas muellim vicdanli xalqni milletini seven leyaqetli bir insandir

Mehman
20.12.2011, 15:28

Bu insan həqiqətən də Azərbaycanın sərvətilir. İqtidar gərək yaltaqlardan qurtulub beləsi ilə işləsin. İ.Əliyevin belə edəcəyinə inanıram. Onlar birlikdə güclü dövlət, inkişaf etmiş cəmiyyət qurarlar. Xalq da yaxşı yaşayar

AKSHIN
22.12.2011, 20:50

evvel bas prokuror sonra nazir...bu qeder boyuk vezifelerden sonra deputat isleyen demeli vetenini seven insandir.halal olsun.yoxsa kim olsa hec vaxt boyuk postlarda isleyenden sora kicik vezifede calismaz...esl serefli insanlar sirasina daxil olan bir insandir...

31.12.2011, 12:25

Halaldir fexrimizdir.

SEVDA
12.01.2012, 21:37

ETIMAD ISMAYILOV

Rafiq
03.02.2012, 10:49

Reshad, İlyas müəllimin ən azı yaşına görə prezident olmasını labüd görmürəm. Mehman, İlyas müəllim deputat işləməyi və bir dəfədə olsun danışmayıb.

Huseyn
15.02.2012, 02:15

Rafig bey yaxsi olardi Ilyas Ismayilovun heyat yoluna yaxindan tanish olardiniz.O zaman bu geder besit neticeye gelmezdiniz.Ilyas beyin kecdiyi heyat yolu o geder zengindir ve kecmekeshlidirki bu seviyyede heyat yolu bu gunki siyasetcilerin demek olarki hec birinde tesaduf edilmir/Ozude bu sabun kopuyu omur yolu deyil gezetlerin sisirtdiyi suni heyat yolu deyil.Bu Ilyas Ismayilovun zekasi ve tecrubesi ile savadi ile kecdiyi ve hele davam eden serefli omur yoludur.Ilyas Ismayilovun yasina gelince meslehet gorurem dunya tarixine nezer salasiniz ve goresiniz ki tarixde hansi yas doneminde xalgin taleyinde De Gol ve ya Cercill kimi siaysiler hansi muhum helledi tarixi rollarini aynayib.Odurki agilin yasda deyil zekada omur yolunda oldugunu size xatirlatmag istedim.Ilyas muellim Allah sizden yaxsi edab erkan seviyye orneyi oldugunuz ucun razi olsun

Rafiq
21.02.2012, 13:18

İlyas müəllim deputatlıq mandatının öhdəsindən gəlsin sonrasına baxarıq. Belə deputat olmağı hamı bacarar. Onun keçmişi doğrudanda şərəflidir. Ancaq bugün MM-də ən fağır, sakit deputat imicini qazanıb. Bir dəfə seçiciləri ilə görüşübdürmü? Yox Modern.az, saytı xahiş edirəm yazımı kəsməyin. Mən təhqirə yol verməmişəm

Merdan (secici)
24.02.2012, 16:27

İlyas m. MM-dəki fəaliyyətinə qiymət verərkən obyektiv, qərəzsiz olmaq lazımdır. Qafqazinfo-ya müsahibəsində İlyas m. suala cavabında bunu deyib. O, MM-də ən çox qanunvericilik təşəbbüsü ilə çıxış edən deputatdır. Qazaxda, Ağstafada, Tovuzda məktəblərin və xəstəxananın tikintisi problemlərini həll edib. Özünün də dediyi kimi başqalarından fərqli olaraq seçicilərin məktublarına şəxsən cavab verir. Bir seçici kimi mən bunu təsdiq edirəm. Mütəmadi görüslər keçirir. O insanların problemlərinin həllinə çalışır. MM-dəki çıxışlarini tərəfli mətbuat verməsə də, onunla MM-in bülletenlərindən hər kəs tanış ola bilər. Əslində belə şəxslər deputat olmalıdır.

Gülen
06.04.2012, 21:12

İlyas İsmaylovu yaxından tanıyanlar bilir: o, dövlətçilik nəhəngidir, titandır , bir məsələdə isə Azərbaycan üçün əsl İNQİLABÇI-PİONERDİR: Azərbaycanın bu gününü və gələcəyini kökündən vuran, bütövlükdə məhvə aparan yerlibazlıq və qohumbazlıqı nə nəzəri cəhətdən, nə praktiki fəaliyyətində qəbul etməyib. İndiki dövrdə "öz tarixi ənənələrinə" (yəni dərəbiəliyə, qanunu cəmiyyətin həyatının requlyatoru tam inkar edib, onu ancaq qarşı olanlara tətbiq etmə, yerlibazlıq - qohumbazlıqa) qayıdan Azərbaycan bu cür insanları örnək kimi əli üzərində gəzdirməlidir. Siyasi lider kimi İlyas-müəllim qaraguruha (əfsuslar olsun ki, bu günümüzün çoxsaylılarına) yarınmaqdan, bülbül (əslində, qarğa) kimi hər bir məsələ haqqında yerli-yersiz oxumaqdan, özünü "geniş profilli mütəxəssis" nümayiş etməkdən çox uzaq, sözün qiymətini bilən biridir. Ona görə də kimlərəsə sözünü deməyən siyasi kimi görünür... Bu həqiqətdən çox uzaqdı. İlyas-müəllim dərin və maraqlı həmsöhbət, insanı və onun əməyini qiymətləndirən gözəl bir insan və ağsaqqaldır. Zəif (və ya bəlkədə ən güclü) cəhəti insanlarla manipulyasianı qəbul etməmək, siyasi gedişatın "mahnılarına oynamamaq" (siyasətçi tülkü-aslan-ilanın vəhdəti kimi təqdim olunur (Makiavelli), bəzən insanları yaxşı tanıya bilməməkdir.

Sevinc
08.04.2012, 20:09

Ilyas Ismayılov həm yaxşı insan, həmdə yaxşı ailə başçısıdır. İlyas müəllimi yaxından tanıyanlar bilir ki, o necə gözəl insandı. İLyas İsmayılov böyük şəxsiyyətdir. şəxsən mən öz adımdan deyirəm ki, mən onu çox istəyirəm, belə isanlara cox nadir hallarda rast gelinir. Allah İlyas müəllimə uzun ömür versin, ona can sağlığı arzu edirəm.

Mirzə
22.03.2013, 22:32

Azərbaycan heç vaxt dəyərli övladlarının potensialından istifadə etməyib. Yaramazları sevib və başına çıxarıb.

ARZU SEYYAD
23.03.2013, 12:12

Boyuk mutefekkirdir.Xalqini seven bir insandir ILYAS MUELLIM.Ona olan fikirlerimi ama.az saytinda cemiyyet bolmesinin icerisinde sherhler ve bloqlar yarimbashliginda tesvir etmeye calishmisham. . . Leyaqetli birisidir

FIZULI QASIMOV
23.03.2013, 18:47

ALLAH SIZE CAN SAGLIGI VERSIN ILYAS MUELLIM.SIZIN KIMI INSANLAR AZ-AZ GELIR DUNYAYA.HANSI KI, BIR DOVRU EHATE EDIR.DOSTLARINIZ DA HAMISI VETENINI SEVEN INSANLAR OLUB.ALLAH ONLARA REHMET ELESIN.SIZ AZERBAYCANA LAZIMLI INSANSINIZ.ALLAH SIZI QORUSUN.

ZAUR
20.05.2013, 21:56

İLYAS İSMAYILOV BAREDE BİZ KİMİK Kİ, NE İSE DANIŞAQ. ONUN İNSANLIĞINA, KAMİL BİLİKLİ HÜQUQŞÜNAS OLMASINA, QANUNPƏRƏST OLMASINA BİZİM HEÇ BİR ŞÜBHEMİZ YOXDUR. ƏN AZINDAN O TOVUZ KİMİ QEHREMAN RAYONUN QEHREMAN OĞLANLARINDAN BİRİDİR. ALLAH ONA ÖMÜR VERSİN, İŞLƏRİNDƏ ONA UĞURLAR ARZULAYAQ. DAİM SESİ YÜKSEK TRİBUNALARDAN GELSİN. BİZ AZERBAYCANLILAR FEXR ELƏMƏLİYİK Kİ, BİZİM TORPAĞIN BELƏ OĞULLARI VAR

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Qaşıqçının hissələrə ayrılmış cəsədi Türkiyədən çemodanla çıxarıla bilər” - Hulusi Akar  
18.11.2018, 20:16

Qaşıqçının hissələrə ayrılmış cəsədi Türkiyədən çemodanla çıxarıla bilər” - Hulusi Akar  

Bir şəklin tarixçəsi: Azadlıq meydanı, insanlar, çadırlar və qoyunlar...   
18.11.2018, 20:12

Bir şəklin tarixçəsi: Azadlıq meydanı, insanlar, çadırlar və qoyunlar...  

Bu il Azərbaycanda 43 640 insan dünyasını dəyişib
18.11.2018, 20:02

Bu il Azərbaycanda 43 640 insan dünyasını dəyişib

Bakıdakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum oldu
18.11.2018, 18:44

Bakıdakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum oldu

Çində vertolyot qəzaya uğrayıb, xəsarət alanlar var
18.11.2018, 17:48

Çində vertolyot qəzaya uğrayıb, xəsarət alanlar var

Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirdi
18.11.2018, 17:08

Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirdi

Yunanıstanda baş verən toqquşmalarda onlarla insan saxlanılıb
18.11.2018, 16:40

Yunanıstanda baş verən toqquşmalarda onlarla insan saxlanılıb

Əli Həsənov: “Aksiyaçılar polis işçilərinə müqavimət göstəriblər”
18.11.2018, 16:00

Əli Həsənov: “Aksiyaçılar polis işçilərinə müqavimət göstəriblər

Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb
18.11.2018, 15:33

Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb

Bakıda Dünya Kubokunun mükafatlandırma mərasimi keçirilib 
18.11.2018, 14:56

Bakıda Dünya Kubokunun mükafatlandırma mərasimi keçirilib 

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
18.11.2018, 14:34

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Əli Kərimlinin həbs olunduğu mitinqlə bağlı RƏSMİ MƏLUMAT 
18.11.2018, 14:01

Əli Kərimlinin həbs olunduğu mitinqlə bağlı RƏSMİ MƏLUMAT 

Sabaha olan hava PROQNOZU
18.11.2018, 13:30

Sabaha olan hava PROQNOZU

Bu ərazilərdə elektrik enerjisi 4 gün  fasilələrlə veriləcək
18.11.2018, 13:26

Bu ərazilərdə elektrik enerjisi 4 gün  fasilələrlə veriləcək

Kaliforniyada yanğınlar zamanı 76 nəfər ölüb,  1276 nəfər itkin düşüb
18.11.2018, 13:09

Kaliforniyada yanğınlar zamanı 76 nəfər ölüb,  1276 nəfər itkin düşüb

Tatlısəsi azərbaycanlı həkim sağaltdı
18.11.2018, 12:43

Tatlısəsi azərbaycanlı həkim sağaltdı

39 yaşlı kişi borca görə bıçaqlandı - BALAKƏNDƏ
18.11.2018, 12:38

39 yaşlı kişi borca görə bıçaqlandı - BALAKƏNDƏ

Gəncədə 17 yaşlı qız itkin düşdü
18.11.2018, 12:09

Gəncədə 17 yaşlı qız itkin düşdü

Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edir - FOTOLAR
18.11.2018, 11:58

Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edir - FOTOLAR

160 saylı avtobus qatarla toqquşmaqdan son anda qurtuldu- RƏSMİ - VİDEO
18.11.2018, 11:38

160 saylı avtobus qatarla toqquşmaqdan son anda qurtuldu- RƏSMİ - VİDEO

Nazirlik 120 minə yaxın ağac payladı - FOTOLAR
18.11.2018, 11:24

Nazirlik 120 minə yaxın ağac payladı - FOTOLAR

Balakəndə qəza: xəsarət alanlar var
18.11.2018, 11:16

Balakəndə qəza: xəsarət alanlar var

Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
18.11.2018, 10:44

Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı

Xırdalanda evdə yanğın
18.11.2018, 10:24

Xırdalanda evdə yanğın

Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı - ÖZƏL
18.11.2018, 10:22

Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı - ÖZƏL

Millətlər Liqasında 6-cı tur başlayır - TƏQVİM   
18.11.2018, 10:01

Millətlər Liqasında 6-cı tur başlayır - TƏQVİM  

Millətlər Liqasında daha 7 oyun və 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR   
18.11.2018, 09:59

Millətlər Liqasında daha 7 oyun və 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR  

“Ölkəmizi  tanıyaq” aksiyasının yolasalma  mərasimi oldu   
18.11.2018, 09:50

“Ölkəmizi  tanıyaq” aksiyasının yolasalma  mərasimi oldu  

Ermənistan cəbhədə təxribatlara davam edir
18.11.2018, 09:36

Ermənistan cəbhədə təxribatlara davam edir

ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq
18.11.2018, 09:32

ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq

İdman zamanı köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
18.11.2018, 09:15

İdman zamanı köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Çaylarda suyun səviyyəsi 16 sm-ə qədər artdı
18.11.2018, 08:57

Çaylarda suyun səviyyəsi 16 sm-ə qədər artdı

Cəmil Həsənli sərbəst buraxıldı
18.11.2018, 00:49

Cəmil Həsənli sərbəst buraxıldı

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi
18.11.2018, 00:38

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi

İŞİD-in son istehkamı da ələ keçirildi
18.11.2018, 00:23

İŞİD-in son istehkamı da ələ keçirildi

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov
18.11.2018, 00:10

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı
17.11.2018, 23:56

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO
17.11.2018, 23:31

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO

FİFA Türkiyə klubunu cəzalandırdı
17.11.2018, 23:09

FİFA Türkiyə klubunu cəzalandırdı

Azərbaycan Farer Adalarını məğlub etdi - VİDEO
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - VİDEO

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

ARXİV