22 mart 2019, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:29

Azərbaycan ədəbiyyatının nazını çəkmək... Bu istəkdə bulunanlar çoxdu. Amma onu sona qədər apara bilmək hər adama nəsib olmur. Bilmirəm bu tale məsələsidi, yoxsa... Kiminsə yorulduğunu, kiminsə bezdiyini, kiminsə sosial qayğılar ucbatından bu yoldan çəkildiyini iddia etmək olar. Səbəblərin sırası genişdir.

Ancaq mən bu gün onlardan bu yolu getmək səadətini yaşayanlardan birinin - SÖZ-ün qarşısında külüng vura-vura ədəbiyyata və ədəbi nəsillərə xidmət missiyasını uğurla davam etdirən publisist, şair Əli Rza Xələflidən danışmaq istəyirəm.

Əlı Rza Xələfli illər öncə “Kredo” qəzetini açanda bu əsl söz adamının reket, yalaq jurnalistikasının şıdırğı dövründə qəzeti necə saxlaya biləcəyini düşünmüşdüm. Yazığım gəlmişdi ona. Bilirdim ki, içərisi böyük SÖZ-lə qaynayan belə şəxslər ciblərinə “vəsiqə” qoyub qapıları gəzə bilməzlər. Bu onların yolu, yönü deyil. Onlar heç qəzetlərini də bayağı, heç kimə gərək olmayan şit, məddah yazıları ilə doldura bilməyəcəklər.

Üç nəfərlik kollektiv

Redaksiyasına getdim çoxdankı dostum Əli Rza Xələflinin. Kompüter otağında Əli Rzanın Qarabağ bulaqları kimi guruldayan səsi gəlirdi. Əslən Qarabağdan – Cəbrayıl rayonunun Xələfli kəndindən olan həmkarımız, sən demə “Kredo”nu ayaqda saxlamaqdan ötrü əlavə məsrəfləri azaltmaq məqsədilə yazıçı Elçin Kamal və operator Həkət xanımla üç nəfərə çıxarırmışlar. Ədəbi-bədii məzmununa görə öz sanbalı ilə seçilən materialları isə Əli Rza sinədən, elə redaksiyada diqtə eləməklə birbaşa kompüterin yaddaşına yığdırırmış. Oxucusunun əksəriyyəti alimlər, söz və sənət adamları olan “Kredo”nun səhifələrində isə nə qrammatik, nə də üslub qələtləri tapmaq mümkün deyil.

Əsl ziyalı mövqeyi

Azərbaycanımızın böyük şairi Musa Yaqubun rəhbərliyi altında çalışdığım Söz Azadlığını Müdafiə Fondunun (SAMF) reallaşdırdığı “Azərbaycan dilinin qorunması” istiqamətində layihələrimiz çərçivəsində növbəti dəyirmi masa. Tədbirə dəvətlilər sırasında təbii ki, dostumuz, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində cəfakeşlik nümayiş etdirən Əli Rza Xələfli də var. Qəfildən söz alan Xələfli məclisi təlatümə gətirən təklif səsləndirir: “Yaxşı olar ki, Azrbaycanda dilimizin qayğısına qalmaq üçün bir dil polisi də yaradılsın. Lap elə su polisi, vergi polisi kimi...”

Yerində verilən təklifdir, eləmi? Arxasında şübhəsiz ki, böyük ziyalı ürəyi, ziyalı mövqeyi, ziyalı narahatçılığı dayanır.

Publisist – şair

Qəsdən publisisti qabağa salmışam. Əslində elə qəhrəmanımız da yaradıcılığa publisist kimi başlayıb. Gözəl də publisistikası var. Xüsusilə Qarabağ haqqında yazılarını oxumaqla doymaq mümkün deyil. Amma günlərin bir günü qəlbindəki yaşantıları tam ehtiva etməyə publisistikası tək tab gətirə bilməyib. Qəlbini təlatümə gətirən daha çox fəlsəfi fikir tutumlarını paralel olaraq poetik formada da oxucularına ərməğan etməyə başlayıb. Planlı şəkildə yox, Onu daxildən sıxan, ona əziyyət və əziyyət qədər də güc verən hansısa fövqəltəbii qüvvənin təsiri ilə.

Poeziyası da dəyərlidi Əli Rza Xələflinin. Bunu çağdaş Azərbaycan ədəbiyyatının fatehləri – şairlər, yazıçılar, tənqidçilər deyiblər.

Əli Rzanın poeziyasından söhbət açarkən təkcə “Söhrab Tahirə məktub” qəsidə janrlı poemasının adını çəkmək onun yaradıcılığının hansı zirvələrə layiq olduğunu deməyə əsas verir. Bu poemaya Azərbaycan tarixinin, azərbaycançılıq dəyərlərinin kiçik modeli də demək olar. Özü də bütün müsbət və mənfi əlamətli yaddaş çalarlarını əks etdirdiyinə görə. Elə şair də epiqraf yerinə tanınmış ədib Söhrab Tahirin üzündəki Azərbaycan xəritəsinə bənzəyən xalı gördükdən sonra bu poemanı ərsəyə gətirməyə qərar verdiyini yazıb. Yəqin ki, poemanın yaranmasına cənub həsrətli şairin taleyi ilə bağlı məqamlar da səbəb olub. Hər halda, poema çox maraqlı, ictimai əhəmiyyətə maliik bir sənət əsəri kimi ədəbiyyat tariximizə daxil olub. Poemada Azərbaycanın tarixi gerçəklikləri - qələbələr, məğlubiyyətlər, hətta atalar sözləri, hikmətli sözlərdə abidələşən dəyərlərimiz, adət-ənənələrimiz öz əksini tapıb.     

Ömrünün 60-cı baharını adlayıb ahıllıq çağlarına doğru addımlayan Əli Rza Xələflinin kitabları onlarladır. Hərəsinin də özünəməxsus məna çalarları, tarixi gerçəkliklərdən qidalanıb bu günümüzə və gələcəyimizə işıq salan ictimai yükü.  “Karvan körpüdən keçir”, “Baş daşımın yazıları”, “Ocağımın işığı”, “Həsrət körpüsü”, “Üçüncü dünyanın qorxusu”, “Axtala əfsanəsi”, “Meyar”, “Arzulara dəyən güllə” və başqa kitabları da azərbaycançılıq dəyərlərinin daşıyıcısı kimi xarakterizə olunan yazıların məcmusudur. Bu maraqlı imzanın Azərbaycan gəncliyinə verə biləcəyi çox nəsnələr var. Xüsusilə ədəbi və vətənpərvərlik ruhunun yüksəlməsi naminə...


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Şirin xanım Kərimbəyli Şadiman
03.02.2012, 12:51

Nəzirməmməd bəyə salamlar! Sağ ol qardaşım, Allah sənə can sağlığı versin

Rəmzi
03.02.2012, 14:33

"KREDO" yaxşı qəzetə oxşayır.Bu qəzeti hamı oxuya bilmir. Bu qəzet,görünür, lqp yüksək səviyyəli oxucular üçündür.Mən hər ayın axırnda 3- 4 nömrəni kitabxanada birdən vərəqləyirəm. Nəsimi haqqında olan yazı hələ də məni düşündürür.Aya, doğrudanmı Nəsiminin qəbri gədəbəyli bioloqun deiyi kimi, Türkiyədədirmi? Çox maraqlı yazı idi. Mənə elə gəlir ki, bu qəzet bir az ağır oxunur. Bu barədə fikirləşmək olar."Kredo"- latın mənşəli sözdür, mənası "inam" anlayışına uyğundur....

Ilham Zeynallı
04.02.2012, 10:01

Əziz qardaşım Nəzirməmməd!ƏliRza müəllim haqqında yazıya görə çox sağ ol.Əli Rza Xələfli çoxlarımızın məhdud fərdi qyğılar girdabında çapaladığı bir zamanda, şair B.Vahabzadə demişkən:" başımızın ucuz qayğılara qayğılra qarışdığı" vaxtlarda SÖZÜN keşiyində duran ədəbi simalarımızdan biridir.Onun hər bir yazıs. hər bir sətri böyük ürək yanğısı və yüksək istedadın bəhrəsidir.Əli Rza müəllim o qədər istedadlı və eləcə də qələminə o qədər məsuliyyətlidir ki, bəzən onun yazdıqları haqqında yazdıqlarını kölgədə qoyur.60 yaşlı Əli Rza müəllimə və onun yubileyini bizlərə xatırladan Nəzirməmməd qardaçıma bir daha təşəkkürlər.

ELi-RZA XELEFLİ
05.02.2012, 16:09

Salam hörmətli Nəzirməmməd Quliyev.Sizin məktubunuzu təsadüfən oxudum.mən istərdimki siz "SÖhrab TAHİRƏ məktub"qəsidə poeamasini axiracan təhlil edəsiniz.Mən his elədimki siz ƏLİRZA XƏLƏFLİNİN özünü taniyirsiniz.Yaradiciliğini bilirsiniz.Ona gürə də "SÖHRAB TAHİRƏ MƏKTUB"əsərini axiracan qiymətləndirə bilərsiniz.Hər halda qeydləriniz buna əsas verir,ən başlicasi ƏLİRZA XELEFLİNİN yazisinda həmda sizin qeydlərinizdə vətən sevərlik

NƏZİRMƏMMƏD QULİYEV
05.02.2012, 16:24

Salam hörmətli NƏZİRMƏMMƏD QULİYEV.mən istərdim ki siz ''SÖHRAB TAHİRƏ MƏKTUB'' poemasını axıracan tamamlıyasınız siz ƏLİ-RZA-XƏLƏFLİNİ TANIYIRSINIZ ONUN YARADCILIQINI QİYMƏTLƏNDİRİRSİNİZ BUNU YAZAN ZALLI CEYHUNDUR

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək
22.03.2019, 13:19

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

Xəzərdə 4.5 ballıq zəlzələ oldu
21.03.2019, 21:45

Xəzərdə 4.5 ballıq zəlzələ oldu

Rusiyadan NATO açıqlaması
21.03.2019, 21:24

Rusiyadan NATO açıqlaması

Bakıda mebel sexi yanıb
21.03.2019, 21:10

Bakıda mebel sexi yanıb

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
21.03.2019, 20:52

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü
21.03.2019, 16:34

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
21.03.2019, 16:32

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”
21.03.2019, 16:10

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
21.03.2019, 15:50

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib
21.03.2019, 15:28

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib

Bakı-Sumqayıt magistralında yol qəzası
21.03.2019, 15:15

Bakı-Sumqayıt magistralında yol qəzası

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA
21.03.2019, 14:53

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?
21.03.2019, 14:22

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq
21.03.2019, 13:37

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21.03.2019, 13:28

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var
21.03.2019, 13:26

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı
21.03.2019, 13:00

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı

ARXİV