Modern.az

Ekspres malların əvvəlcədən bəyanı məcburi olacaq 

Ekspres malların əvvəlcədən bəyanı məcburi olacaq 

Parlament

Bu gün, 13:29

Ekspres malların əvvəlcədən bəyanı məcburi olacaq.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, ekspres daşınan mallar gömrük sərhədini keçməzdən əvvəl gömrük orqanlarına bəyan edilməlidir və bu məlumatlar malları daşıyan şirkətlər tərəfindən təqdim olunacaq. 

Eyni zamanda, şəxsi istifadə üçün nəzərdə tutulan, yəni kommersiya məqsədi daşımayan mallar sadələşdirilmiş və daha sürətli qaydada rəsmiləşdiriləcək.  Kommersiya və ya istehsal məqsədilə gətirilən mallar isə əvvəlki kimi tam gömrük bəyannaməsi ilə rəsmiləşdirilməli olacaq.

Bundan başqa, icazə ilə gətirilən məhdudlaşdırılmış mallar (məsələn, xüsusi icazə tələb edən məhsullar) üçün həmin icazə sənədlərinin gömrük orqanlarına təqdim edilməsi məcburi olacaq.

Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu