ABŞ prezidenti Donald Tramp bildirib ki, zirehli jilet geyinmək istəmir, çünki bu onu daha arıq göstərəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdə keçirilən tədbir zamanı jurnalistlər prezidentdən soruşublar ki, onun iştirak etdiyi qəbul zamanı baş verən son atışmadan sonra təhlükəsizliyini gücləndirməyi planlaşdırırmı…
Prezident qeyd edib ki, Gizli Xidmətin fəaliyyətindən razıdır və əlavə edib ki, zirehli jilet geyinmək istəmir.
“Bilmirəm, 20 funt (9 kq) daha ağır görünməyə dözə bilərəmmi”, – deyə o bildirib.
Bundan əlavə, ABŞ prezidenti gələcək sui-qəsd cəhdləri ehtimalından narahat olmadığını da qeyd edib.
“Mən bu barədə düşünmürəm. Əgər düşünsəydim, bu qədər effektiv işləyə bilməzdim”, – deyə amerikalı prezident bildirib.