Modern.az

Azərbaycanlılar xarici ölkələrə aliment verəcəklər

Azərbaycanlılar xarici ölkələrə aliment verəcəklər

Aktual

Bu gün, 12:34

"Xarici ölkələrə aliment verən tərəf Azərbaycan olacaq". 

Modern.az xəbər verir ki, bunu “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”a dəyişikliklə bağlı məsələnin müzakirəsi zamanı Regional məsələr komitəsinin sədri Siyavuş Novruzov deyib. 

“Aliment verən tərəf burada çox güman ki, əksər hallarda Azərbaycan tərəfi olacaq. Çünki bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Belarusda, Moldovada nikaha giriblər, evləniblər, dünyaya uşaq gətiriblər və bir neçə ildən sonra vətənlərinə qayıdıblar. İndi məhkəmə qaydasında o uşaqların saxlanılması üçün aliment tələb olunanda bu aliment verilməlidir”.

Deputat vurğulayıb ki, belə olacağı halda uzun müddətdir müzakirə olunun Aliment Fondunun yaradılacağı təqdirdə bütün pullar azərbaycanıların xaricdə olan uşaqlarına gedəcək:

“O baxımdan mən hesab edirəm ki, burada hansısa bir forma düşünməliyik, konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk. Amma ölkəmizin də olan vəsaitlərinin sərf olunmasına nəzarət etməliyik” – S. Novruzov deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu