İran ABŞ-nin yeni hərbi əməliyyatlarına sürətli reaksiya verə bilmək üçün anbarlarda saxlanılan raketləri çıxarıb, onları yeniləmək işlərini sürətləndirib.
Modern.az xəbər verir ki, bu barədə "NBC News" vəziyyətlə tanış olan rəsmilərə istinadən məlumat yayıb.
Rəsmilər bildiriblər ki, İran ABŞ-la atəşkəsdən istifadə edərək yeraltı anbarlardan, o cümlədən ABŞ-nin son hava hücumları zamanı girişləri bağlanmış raketləri çıxarır.
Mənbələrə görə, ABŞ hesab edir ki, İran hakimiyyəti Yaxın Şərqdə zərbələr endirmək üçün dron və ballistik raket buraxma qabiliyyətlərini tez bir zamanda bərpa etmək istəyir.
Rəsmilər bildiriblər ki, "İran son günlərdə raketlərini və digər sursatlarını geri almaq üçün səylərini sürətləndirib, çünki müharibənin bitməsi üçün danışıqların dayandırıldığı görünür. Müharibənin yenidən başlaması ehtimalı artır".
Rəsmilərin sözlərinə görə, İran döyüşlər başlamazdan əvvəl də yeraltında çoxlu sayda ballistik raket və buraxılış qurğusu gizlədib.