23 avqust 2014, Şənbə
Əli Həsənov:” Ermənistan girovlarla bağlı müraciətlərə laqeyd yanaşır”
Bu gün ali məktəblərə qeydiyyat başa çatır
“...Sən də, dünyada yerin də yeganə və bənzərsizdir...”
Rusiyanın humatiar yük karvanı Ukrayna sərhədini keçib
İsrail Avropaya 60 milyard dollarlıq qaz satmağa hazırlaşır
Suriya ordusu 140 İŞİD döyüşçüsünü öldürüb
Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Mədəniyyət Ədəbiyyat Dünya
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Bakıda yanacaq daşıyan maşın partladı - YENİLƏNİB
Baş Prokurorluq MTN-ə Yunuslarla bağlı məktub göndərdi
"Həmas" 7 nəfəri edam etdi - FOTO
Putin Ərdoğana zəng etdi
Leyla Əliyevanın dəvəti ilə rusiyalı tələbələr Azərbaycana gəlib - FOTO
Ərdoğanın Bakıya səfərinin tarixi bilindi
XİN-dən ABŞ və Fransaya ETİRAZ
İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını təltif etdi – SİYAHI
“Türk dünyasını Macarıstan birləşdirəcək” – MÜSAHİBƏ
Ən təhlükəli İŞİD yaraqlıları – hamısı İngiltərə vətəndaşlarıdır
Milli Qəhrəmanın qızı xaricə getməkdən vaz keçdi
Həbsxananı ələ keçirən terrorçular məhbusları edamla hədələyirlər
Yunanıstan “erməni soyqırımını” inkar edənləri cəzalandırmaq fikrindədir
Şəhidlərin məzarlarının təhqir olunmasına görə cinayət işi açıldı
“Meyxananın mənasını təhrif edirlər” – Əvəz Qurbanlı ilə irfan SÖHBƏTİ
Amerikalı jurnalistin başını kəsən terrorçunun şəxsiyyəti müəyyənləşdi
“İRƏLİ” İctimai Birliyi yeni üzvlüyə start verib
Əhməd Vəliyev Qazaxda seçiciləri ilə görüşüb - FOTO

Xəbərlər arxivi

«

Avqust 2014

»

    

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

             
 
New Page 2
A A A
Deputat Həvva Məmmədova: “Ən yaxşı paltarımı Qarabağa geyinəcəyəm”
 04.03.2010, 12:54

“İşdən sonrakı iş” rubrikasının bu dəfəki qonağı millət vəkili Həvva Məmmədovadır      

- Həvva xanım, işdən sonra nəylə məşğul olduğunuzu bilmək olarmı?
- Təbiəti çox sevən adamam. Doğma yurdumdan didərgin düşəndən sonra təbiətlə əlaqəm də kəsilib.... Həmişə istəmişəm ki, böyük kitabxanam olsun. İstənilən kitabı bu kitabxanada tapa biləm. Ancaq bu arzuma tam olaraq çata bilməmişəm. Kitabxanam var, amma nəzərdə tutduğum kitabxananı qura bilməmişəm. Boş vaxtlarımda mətbuatı da izləməyi xoşlayıram. Bu gün qarşımda duran ən böyük vəzifə qaçqın və məcburi köçkünlərin problemlərinə biganə qalmamaqdır. Şənbə və bazar günü yalnız onların problemləri ilə məşğul oluram. Onlarla bağlı bütün istəklərimi gerçəkləşdirə bilmirəm. Bu isə məni çox üzür. Həyatımda ən çox maraqlandığım məsələlərdən biri də  övladlarımın tərbiyəsi ilə məşğul olmaqdır. Tanrıdan ən böyük diləyim övladlarımın tərbiyəli olmasıdır. Qızımı köçürmüşəm, oğlumu evləndirmişəm. Amma indi də onların işləri ilə ciddi məşğul oluram. Hərəsi bir ailə sahibi olsa da, gördükləri işlər barədə mənə hesabat verirlər. Mənə elə gəlir ki, valideyinin ən böyük arzularından biri də övladlarının savadlı olmasıdır. Mənim həyatda ən böyük istəyim övladlarımın layiqli vətəndaş və savadlı olmalarıdır. Oğlum hərbçidir və öz peşəsindən zövq alır.
Ovladları sərbəst buraxmaq da böyük istəklərimdəndir. Mən öz arzumla tarixçi olmuşam. Bu, atamın da arzusu olub. Ancaq övladlarımın hansısa sahəni seçməsini məcbur etməmişəm. Sadəcə onların yaxşı təhsil almaları üçün, seçəcəkləri sahəni sevmələri üçün çalışmışam.
Tarixi filmələrə tamaşa etməkdən yorulmuram. İstərdim işğal altında olan rayonlarımızın, kəndlərimizin hər biri barədə ayrıca film olsun. Bu filmlər günümüzlə səsləşsin.
- Həvva xanım, heç boş vaxtınız olur?

- Mən gerçəkliyi sevən adamam.
- Əyləncədə nəyə  üstünlük veririsiniz?
 
- Muğamlarımızı çox sevirəm. Bu da mənim musiqiyə olan həvəsimdir. Muğamlarımızın hər birinin adını bilirəm. Onların mahir ifaçılarının səslərindən tanıyıram. Bu sahədə həm böyük axtarışlarım var, həm də uşaqlıqdan musiqiyə meyilli olmuşam. Bəlkə də bundandır ki, övladlarımın musiqi təhsili də var. Evdə əhval-ruhiyyəmizin yaxşı olan vaxtı oğlum Sərxan pianonun arxasına keçir. O, pianoda  “Qarabağ şikəstəsi” çalır, mən də zümzümə edirəm. Bunu dana bimərəm. Oğluma söz vermişəm ki, evi olanda ona təzə piano alacam.
- Özünüzün musiqi təhsili var?
- Yox, musiqi təhsilim yoxdur, amma övladlarımın var. Uşaqlıqdan musiqiyə böyük həvəsim olub. Birinci ili instituta qəbul olunmaq üçün sənəd verdin və musabiqədən kənarda qaldım. İstəmdim vaxt itirəm, ona görə də sənədlərimi Şuşa Pedaqoji Texnikumuna verdim. Amma valideynlərimin buna razılığı olmadı. Şuşa Pedaqoji Texnikumu mənim baba evimin iki addımlığında idi. Sənədlərimi ora verəndə ilkin olaraq mahnı oxumağımı istədilər. İki mahnını oxudum və “5” aldım. Mənə dedilər ki, əlavə qəbul var, get sənədlərini konservatoriyaya (indiki Musiqi Akademiyası) ver. Bu məsələ ilə bağlı fikrimi anama açdım. Dedi ki, “bu, mümkün deyil. Atan bilsə, səni öldürər”. Aradan uzun illər keçdi, övladlarım nə zamansa məndən gizli səsimi diktafona yazıb mən evdə olmayanda bunu atama verirlər. Deyirlər ki, “dədə, sən qoymamısan anamız musiqi təhsili alsın, amma onun yaxşı səsi var, istədiyi vaxt evdə oxuyur”. Onda atamın 83 yaşı var idi. O zaman etiraf etdi ki, bunu düz etməyib. Bu, ondan gördüyüm ilk etiraf idi. Son dövrlər telekanallarda kimlərsə mahnı oxuyanda oğlum Sərxan deyir ki, anam ondan yaxşı oxuyar. Demək istəyirəm ki, musiqi mənim damarlarımdan axır.
- Sevdiyiniz mahnılardan bir neçəsinin adını çəkə bilərsinizmi?
- Ən sevdiyim mahnılar Qarabağa aid olan mahnılardır. Son dövürlər musiqimizdə hüzn notları yarandı. Bu məni çox üzdü. Sanki musiqimiz mənim üçün hüznə cevrilib.
- Musiqi sizin üçün nədir?
- Musiqi mənim üçün kədərdir, işğal altında olan torpaqlrımızdır. Açığı, əvvəllər belə deyildi. Qaçqınlıq zamanından sonra məndə belə bir ovqat yaranıb.
- Musiqiyə meyilli adamlar həm də romantik olurlar. Sizdə necə, romantika güclüdürmü?

- Yaxınlarım məni belə tanıyır. İnanın dibçəkdə yeni açan bir güldən də zövq alıram. Vaxtılə hekayələr də yazmışam. Romantik adamların əhvalı havadan daha çox asılı olur. Çisginli gün mənim üçün nisgildir, için-için ağlamaqdır...
- Ən böyük probleminiz nədir?

- Düşünürəm ki, Qarabağ işğaldan azad olsa, həyatda heç bir problemim olmaz. Maddiyyat məni o qədər də maraqlandırmır. Məni tanıyanlar, ev şəraitimi görsələr, gözlərinə inanmazlar. Amma bu, mənim üçün önəm daşımır. İnanın, bəlkə də hər axşam yuxuda Şuşanı görürəm. Hər gecə Şuşaya gedirəm. Sanki gerçəkdən Şuşada oluram.Belə yuxulardan sonra ovqatım xeyli yaxşılaşır. Son zamanlar qəmli musiqilərə qulaq asanda, atam yadıma düşür. Onu xatırlayıram. Belə məqamlarda ağladığım zamanlar da olur.
- Sonuncu dəfə hansı müğənninin konsertində olmusunuz?
- Zöhrə Abdullayevanın. Orada həm zövq aldım, həm də ağladım.  Mənə elə gəldi ki, Zöhrə konsert boyu Qarabağa agladı. Sanki o yerlərə hesabat veriridi. İnanın, bir neçə gün Zöhrə gözümün qabağından getmədi. Qarabağla bağlı düşündüm, uşaqlığımı yaşadım.
- İnsan neçə yaşında olursa olsun, ona elə gəlir ki, ən yaxşı paltarı bundan sonra geyinəcək, ən yaxşı günü bundan sonra görəcək, ən dadlı yeməyi bundan sonra yeyəcək. Siz necə düşünürsünüz?

- Doğrudan da elədir. Ötən il Amerikaya getmişdim. Orada cincilim, quzuqulağı, quşəppəyiyə rast gəldim. Əyildim, əllərimi vurdum, amma bizim yerlərin bitkiləri kimi deyildi. İnanın, bəzən özümdən asılı olmayaraq ən yaxşı paltarımı geyinmirəm, saxlayıram, özümdən asılı olmayaraq onları Qarabağa geyinəcəyimi düşünürəm. Bu hiss məndə həmişə var. Bir dəfə təzə bir kostyum almışdım, amma geyinmirdim. Toya gedirdik, qızım dedi ki, “ana, bunu niyə geyinmirsən, axı bu sənə yaxşı yaraşır”. Dedim, “dəymə, o mənə lazımdı”. Uşaq caş-baş qaldı. Axı onun nəzərində ən yaxşı paltarını toya geyinməlisən.  

Modern.az
 

 
Oxunub: 1319
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
Maya
04-11-2010
Respublikamız sizin kimi QADINLARLA FƏXR edir.HƏVVA XANIM,QƏNİRƏ XANIM.Daima ugur və qələbə sizin və bizim olsun.Hər ikinizlə qürür duyuram.;






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
23.08.2014, 01:10
 Bakıda yanacaq daşıyan maşın partladı - YENİLƏNİB
23.08.2014, 00:11
 Füzuli və Cəbrayıl rayonunun işğalından 21 il ötür
22.08.2014, 23:31
 Baş Prokurorluq MTN-ə Yunuslarla bağlı məktub göndərdi
22.08.2014, 23:15
 "Həmas" 7 nəfəri edam etdi - FOTO
22.08.2014, 22:01
 Putin Ərdoğana zəng etdi
22.08.2014, 21:32
 Leyla Əliyevanın dəvəti ilə rusiyalı tələbələr Azərbaycana gəlib - FOTO
22.08.2014, 18:47
 Ərdoğanın Bakıya səfərinin tarixi bilindi
22.08.2014, 18:40
 XİN-dən ABŞ və Fransaya ETİRAZ
22.08.2014, 18:24
 İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını təltif etdi – SİYAHI
22.08.2014, 18:07
 “Türk dünyasını Macarıstan birləşdirəcək” – MÜSAHİBƏ
22.08.2014, 17:36
 “İlham və Fərizəni ikinci dəfə qətlə yetirdilər” – Şəhidlər Xiyabanındakı rüsvayçı hadisənin ƏKS-SƏDASI
22.08.2014, 17:02
 Ən təhlükəli İŞİD yaraqlıları – hamısı İngiltərə vətəndaşlarıdır
22.08.2014, 16:58
 Milli Qəhrəmanın qızı xaricə getməkdən vaz keçdi
22.08.2014, 16:46
 Ermənistan Müdafiə Nazirliyi: “Biz meyitlərin mübadiləsi şərtini rədd edirik”
22.08.2014, 16:24
 Həbsxananı ələ keçirən terrorçular məhbusları edamla hədələyirlər
22.08.2014, 16:15
 Yunanıstan “erməni soyqırımını” inkar edənləri cəzalandırmaq fikrindədir
22.08.2014, 15:44
 Şəhidlərin məzarlarının təhqir olunmasına görə cinayət işi açıldı
22.08.2014, 15:34
 “Meyxananın mənasını təhrif edirlər” – Əvəz Qurbanlı ilə irfan SÖHBƏTİ
22.08.2014, 15:21
 Şəhidlər Xiyabanındakı məzarlar həqiqətən təhqir olunub” – Rüsvayçı fakt təsdiqləndi
22.08.2014, 15:12
 Amerikalı jurnalistin başını kəsən terrorçunun şəxsiyyəti müəyyənləşdi
22.08.2014, 15:07
 “İRƏLİ” İctimai Birliyi yeni üzvlüyə start verib
22.08.2014, 14:52
 Əhməd Vəliyev Qazaxda seçiciləri ilə görüşüb - FOTO
22.08.2014, 14:50
 Xanımı eston prezidentinə xəyanət etdi – QALMAQAL
22.08.2014, 14:49
 Türkiyəyə gedən ermənilərin sayı artır
22.08.2014, 14:42
 İlham Əliyev ABŞ-ın yeni Nəqliyyat komandanını qəbul edib
22.08.2014, 14:42
 Avropada Yanukoviç “ailəsi”nin milyard dolları “dondurulub”
22.08.2014, 14:30
 “Türkiyə yaxın illərdə böyük təhlükələrlə üz-üzə qalacaq” – MÜSAHİBƏ
22.08.2014, 14:23
 Telejurnalist Sevinc Osmanqızı ilə FOTOSÖHBƏT
22.08.2014, 14:19
 Gözə dəyməyən şairlər - Onlar haradadırlar?
22.08.2014, 13:57
 Rusiyanın ən zəngin qadını: o yenə keçmiş mer Lujkovun arvadıdır
22.08.2014, 13:48
 Ötən tədris ilində universitetlərdən nə qədər adam xaric olunub? – Qovulan, ölən... tələbələr
22.08.2014, 13:27
 Deputat: “Ağacların kəsilməsinə rəsmi icazə var”
22.08.2014, 13:10
 101 yaşlı kişi 73 ildir eyni şirkətdə işləyir
22.08.2014, 13:05
 Temperatur aşağı düşəcək
22.08.2014, 13:02
 Ərazilərimizin Ermənistan tərəfindən işğalı məsələsi BMT TŞ-nin iclasında qaldırılıb
22.08.2014, 12:36
 “Coca Cola” Bakı mağazalarından məhsulların yığılmasını təsdiqlədi: “Dövlət qurumlarına müraciət edəcəyik”
22.08.2014, 12:25
 Əli Həsənov:” Ermənistan girovlarla bağlı müraciətlərə laqeyd yanaşır”
22.08.2014, 12:13
 Ermənistan müxalifəti payız hücumuna hazırlaşır
22.08.2014, 12:05
 “Ramil Usubova rəsmi müraciət edilməsi üçün sabahı gözləməliyik” – “Oda” teatrının rəhbəri
22.08.2014, 11:54
 “Ukraynadakı müharibə Azərbaycan iqtisadiyyatına təsir etmir” – Nazirliyin sözçüsü

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2014 modern.az. All rights reserved. Powered by NextPoint LLC