İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının yüksək rütbəli komandirlərindən birinə zərbə endirdiklərini açıqlayıblar.
Modern.az xəbər verir ki, HƏMAS mənbələrinin bildirdiyinə görə, Xan Yunis şəhərinə endirilən hava zərbəsi nəticəsində hərəkatın silahlı qanadının yüksək rütbəli komandiri Samir Əbu Yunis həlak olub.
İsrail tərəfi əməliyyatla bağlı əlavə məlumat açıqlamayıb. HƏMAS isə komandirin öldüyünü hələlik rəsmi şəkildə təsdiqləməyib.
Xatırladaq ki, İsrail ilə HƏMAS arasında Qəzza zolağında müharibənin aktiv mərhələsi 2023-cü ilin oktyabrında başlayıb. 2026-cı ildə isə İsrail və ABŞ İrana qarşı müharibəyə qoşulublar.