18 noyabr 2018, Bazar
Ana Səhifə - - Sən kimsən, Qəmlo...
Sən kimsən, Qəmlo...
08.10.2010, 17:17

Modern.az-ın yeni - “Məşhurların həyat hekayələri” rubrikasında ilk təqdimat məşhur Qəmlonun – Qəmbəralı Əlirza oğlunun gerçək taleyi barədədir



Atatürkün ona bağışladığı buxara papaq sonralar çox faciələrin şahidi oldu

1971-ci ildə Azərbaycanın kino məkanında yeni bir bədii film peyda oldu. Rejissor sükanında Kamil Rüstəmbəyovun əyləşdiyi ekran əsərində ölkədə Sovet hakimiyyətinin qurulduğu ilk illərdən, yerli mülkədarların oraq-çəkic hökümətinin “köhnə bazara təzə nırx” qoymasına etirazından bəhs olunurdu. Azərbaycan kino tarixində öz çəkisi, dəst-xətti olan insanların yer aldığı filmdə baş rolları Adil İsgəndərov, Həsən Məmmədov və Məlik Dadaşov canlandırmışdılar. Həmin filmin çəkilişindən 30 illik zaman kəsiyi ötür...

Mövzusu gerçək həyatdan götürülən film o dövrün tələblərinə uyğun çəkilərək, bəy və mülkədarları aşağılayıb, onları düşmən kimi qələmə vermək məqsədi daşısa da, əslində, qarşıya qoyulan məqsəd 100 % gerşəkləşdirilməyib. Adil İsgəndərovun filmdə yaratdığı Kərbəlayı İsmayıl obrazı mərdlik və yenilməzlik simvoludur. Ağlı və müdrikliyi ilə bolşevik hökümətinin təmsilçisi Abbasqulu bəy Şadlinskidən geri qalmayan Kərbəlayı İsmayılın filimdə səsləndirdiyi bir çox ifadələr hələ sovet dövründə xalqın dilində zərbi-məsələ çevrilib. Filmdə Kərbəlayı İsmayılın sirdaşı kimi təsvir olunan Qəmloya gəlincə, bu obrazla bağlı mübahisələr bu günəcən hələ də davam etməkdədir.

İlk etiraz “nota”sı isə filmin ssenarisinin götürüldüyü “Qarlı aşırım” kitabı çapa çıxdıqdan sonra gəlib. Qəmlonun yaxınları yazıçı Fərman Kərimzadəyə məktub ünvanlayaraq, bütün Vedi mahalında igid, qoçaq insan kimi ad çıxaran Qəmlonun – Qəmbəralı Əlirza oğlunun bədii obrazının təhrif olunmasına öz etirazlarını bildiriblər.

Fani dünyada 42-43 il ömür sürən, Qəmlo kimi tarixdə və Vedi camaatının yaddşaında iz qoyan Qəmbəralı Əlirza oğlu təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Ermənistanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Sərrast atıcı imiş, atdığı güllə boşa çıxmazmış. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun imiş. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərdi. Sovet höküməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı “Qırmızı tabor”un ən döyüşkən üzvlərindən olub. İstər 1905, istərsə də 1918-ci illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı.

Bolşevik hökümətinin qurulması ilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökümətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökümətə qarşı çıxır. 72 kəndin dəliqanlılarını başına yığıb, qırmızılarla “çilingağac” oynamağa başlayır. Əski silahdaşının taleyinə biganə qalmayan Şadlinskiyə sonda Qəmlonu ipə-sapa yatırtmaq müyəssər olur.

Beləcə, aradan bir müddət keçir. Qəmbəralı Əlirza oğlunun qardaşı Vəli Hand kəndinin Şura sədri seçilir. Kolxozların yaradılmasıyla münasibətlər yenidən gərginləşir. Kolxozlaşmanın qəti əleyhdarı olan Qəmlo qonşu Kolanlı kəndinin onun kimi kolxoz əleyhdarı olan ağası Kərbəlayi İsmayılla birləşir. Yenidən 72 kəndin dəliqanlılarını başına toplayır. Bolşeviklərin qəfil hücumlarından qorunmaq məqsədiylə də 72 kəndin yeganə giriş-çıxış qapısında keşikçi məntəqəsi qurur.

İstər Kərbəlayı İsmayıl, istərsə də Qəmlo ilə kəsdiyi duz-çörəyə, dostluğa sadiq qalan Abbasqulu bəy Şadlinski bu dəfə də barışıq missiyasını öz üzərinə götürür. Bolşeviklərin kəndə hücumunun qarşısını almaq üçün onlarla görüşüb-söhbətləşmək qərarına gəlir. Kolxoz sədri Xəlil və bolşevik Talıbovla yola çıxan Şadlinski Qəmlo və Kərbəlayı İsmayılla görüşüb, geri dönərkən qətlə yetirilir. Bir vaxtlar ən etibarlı insan sayıb, sağ əli hesab etdiyi Qəmlo tərəfindən.
Bu artıq tarixə düşmüş kitaba və ekran əsərinə görə belədir.

Qəmlonun yaxınlarının və Vedi camaatının yaddaş tarixində isə hadisələr bir qədər fərqli cərəyan edir. Bu tarixçəyə görə, Şadlinskinin ölümündə bolşeviklər özləri maraqlı olub. Qətlin Qəmlonun boynuna atılmasına gəlincə, bunu “Şadlinskini öldürməyə yalnız Qəmlonun cəsarəti çatar” şayiəsinin bir qədər inandırıcı görünməsi ilə izah etmək olunur...

Tarixə düşməyən tarixçəyə görə, səfərin ilk günü Qəmlo və Kərbəlayi İsmayılı tapa bilməyən Şadlinski yanındakı atlılarla Qəmlonun qardaşı Vəlinin evinə düşmək məcburiyyətində qalır. Filmdə Vəli Əlirza oğlu Kərbəlayınin köməkçisi kimi təsvir olunub. Onun öz evində qonaqların şərəfinə açdığı süfrə də Kərbəlayının evində qurulan məclis kimi qələmə verilib. Yaddaş tarixçəsinə görə, Vəlinin evində duz-çörək kəsdikdən sonra Şadlinski inad edir. Vəlinin “yollar xətalıdır” təkidiylə cibinə qoymaq istədiyi silahdan da boyun qaçırır.

Yazılmayan tarixə görə, Abbasqulu bəy Şadlinskiyə Qəmlo və Kərbəlayı İsmayılla görüşmək qismət olmur. Adamlarıyla birgə Qarabağlar kəndinin 4-5 kilometrliyində qətlə yetirilir. Hadisədən Kolanlı kəndində xəbər tutan Kərbəlayı İsmayıl və Qəmlo özlərini yetirəndə Şadlinski artıq keçinibmiş. Kənd camaatı Xəlilin meyitini qayalıqlar arasından tapıb çıxarsalar da, üçüncü atlının - bolşevik Talıbovun meyiti tapılmır. Saatlarla davam edən axtarış bir nəticə vermədiyindən Talıbov soyadı vedililərin yaddaşına Şadlinskinin qatili kimi həkk olunur.

Bədii məhsulda isə Şadlinskinin ölümündə günahkar olan Qəmlo Kərbəlayı tərəfindən cəzalandırılsa da, gerçək həyatda Abbasqulu bəyin qətlinə görə kimsə həbsə alınmır.

Hadisədə Qəmlo ilə yanaşı, qaçaqların adlarının hallandırılması da inandırıcı görünmür. Qaçaqlar arasında böyük hörməti olan Abbasqulu bəyə bu insanlar tərəfindən çətin ki, xətər toxunardı.

Yaddaş tarixçəsinə görə, Kərbəlayi ilə Qəmlo aranın sakitləşməsini gözləmək üçün Türkiyəyə keçirlər. Türkiyədə olduqları zaman dostlar Mustafa Kamal Paşa Atatürklə görüşürlər. Atatürk onlara geri dönməməyi, Türkiyədə qalmağı məsləhət görür. Kərbəlayı İsmayıl bu təklifi qəbul etsə də, Qəmlo razılaşmır. Bir müddət sonra vətənə dönür, Kərbəlayı İsmayıl isə əksinə, ailəsini Türkiyəyə aparır.

Ömrünün Türkiyə dönəmi və Atatürklə görüşündən Qəmloya Paşanın bağışladığı Buxara papağı yadigar qalır. Qardaşı Mehdiqulunun göz bəbəyi kimi qoruduğu papaq böyük qardaşın ölümündən sonra böyük bir nəsli gözləyən faciəyə şahidlik edir.

Doğulub boya-başa çatdığı kənddə məskunlaşan Qəmlo Tanrının qismətinə yazdığı taleyə boyun əyməli olur. Əvvəlki kimi Sovet hökümətinə qarşı çıxmasa da, qoçaqlığı, mərdliyi yenə də dillərdə əzbər idi. Haqqı nahaqın ayağına yazanlar bolşevik hökümətindən çox ondan çəkinirdi.

Türkiyədən dönüşündən bir neçə il keçmişdi. Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Heç zaman silahı üstündən əskik olmazdı. Həmin gün ilk dəfə evdən əliyalın çıxır. Bəy nəslindən olan ömür-gün həmdəmi Töhfə xanım qarşısını kəsib, silahını götürməyinə təkid etsə də, “belə əziz gündə kirvə evinə silahla getməyin düzgün olmadığını” söyləyir.

Məclisin şirin yerində, əlinin duz-çörəkdə olduğu bir vaxt ev sahibi başda olmaqla 18 nəfər qəfildən Qəmlonun üstünə hücum çəkir. Həmlə gözlənilməz olsa da, özünü itirmir. Yaralı aslan kimi çarpışmağa başlayır.

Töhfə xanım ərinin ölüm xəbərini alınca sirdaşının qapının dibinə qoyduğu beşaçılanına əl atır. Ata minib kirvələrinin evinə çapır və həyəti güllə-borana tutur.

Bu hadisədən sonra araya qan davası düşür. Qəmlonun qətlində əli olan 18 nəfərdən 17-si öldürülür. Onun mənsub olduğu Seyidlər və Alırzalılar nəslinin də itkisi az olmur. Qəmlo öldürüləndə 4 qardaşından ikisi, bir vaxtlar Şura sədri işləyən Vəli və Nemət daşnaklar tərəfindən qətlə yetirilmişdi. Evin sonbeşkləri Mehdiquluyla Bilalınsa əli yenicə silah tuturdu. Onun qətliylə ailənin də çərxi dönür, doğmaları sürgün və təqib acısını yaşayırlar. Qardaşı Bilal sürgündə dünyasını dəyişir. Nəslin yazılmayan tarixçəsini yaşatmaq, ötənlərə işıq salmaqsa hazırda haqq dünyasında olan Mehdiqulu Əlirza oğlunun qismətinə düşür...

M.Səttarova


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Ilhame Qasimli-Tura
08.10.2010, 19:37

Kerbelayi Ismayilin qebri Iqdirdadir ve onun mezari Hesen Zeynaliv terefinde yeniden duzeltdirilb

ANAR
09.10.2010, 16:00

BELKE YENI SSENARIDE YENI FILM CHEKSINLER. DOYUSH SEHNELERINE ERMENILERLE VURUSHLARI CHEKSINLER. RUSLARA PUL VERMEKDENSE TARIX NAMINE BUNU EDIN...

Arzu
17.11.2011, 15:54

Olduqca gerekli ve maraqlı melumatlar idi oxuduqlarım. Tariximizi bele yanlış öyredibler bize. Qemlo obrazı her zaman yamanlığın pisliyin mücessimesi kimi yaşayıb indiye qeder menim düşüncemde. Sağ olun ki bu düşünceleri deyişdirdiniz. Haqq dünyada olan ve eslinde deyerli bir insan olan birinin, insanların fikrinde ve düşüncelerinde gerçek yerini tutmasına vasiteçilik etdiyiniz üçün teşekkürler.

aqabala
06.08.2012, 13:05

Kerbalayi Ismayil: Qemlo və Abbasqulu beyin heyat tarixcesi arashdirilmarl ve yeniden yazilmali. Mərhum F. Kerimzadənin qohumları və ya yaxınlarından olan bir nəfər xalq qarşısında səhvlərini etiraf eləməlidir. Abbasqulu bəyi Qəmlo öldürə bilməz. Eləcədə Qəmlonu Kərbəlayi İsmayıl.. Filmə diqqətlə baxsaq görərik ki filmdə Talıbov obrazı gizlidir . Niyə görə film haqqında danışdıqda Talıbov obrazı haqqında mühakimə irəli sürülmür. . Talıbovun Qarabağlara Kərbəlayi İsmayılla danışıqlara gedərkən silah götürməsi .( Xəlil və Abbasqulu bəydən fərqli olraq ) Abbasqulubəyin qətlində şübhəli məqamları ortaya çıxarır

rasim
08.01.2013, 03:51

televiziya kanallarının birində, özünü Kərbəlayi İsmayılın nəvəsi adlandıran şəxs Qəmlonu İranda yas məclisində arxadan kürəyinə xəncəllə vurularaq öldürüldüyünü bildirdi və Qəmlonun qəbri, Kərbəlayi İsmayılın qəbriylə eyni yerdə olduğunu de

vahir
31.03.2013, 13:44

mən bu filimin axırına baxanda fikirləşidim ki Kərbalayi İsmayıl Qəmlonu necə öldüürə bilər.Burda yazılanlardan bildim ki bu filimin axırı 2 dəfə cəkilib rusların məcburi təkidləri ilə.İsmayıl bəyin adamının axirda dediyi cümləyə fikir verin.KƏRBALAYİ İSMAYIL GƏBƏRTDİ QƏMLONU.

29.08.2013, 22:42

yeniden cekilse yaxsi olar

Aqabala
10.11.2013, 07:33

F.Kərimzadənin Qarlı aşırım romanını oxudum Bir daha aydın olur ki Abbasqulu bəyi Qəmlo öldürməyim Kitabın 3- cü hissəsində Qəmlonun Qarsa keçdiyi yazılır Talıbov Əsərin sonuna kimi qalır O Abbasqulu bəylə Şirəlinin evində qonaq olarkən Abbasqulu bəyə silah çəkir lakin onu öldürmür Talıbov Abbasqulu bəyin keçmişinə inanmır Ona etibar eləmir Ona görə də onu öldürür Bu əsər yenidən təhlil olunmalıdı. Amma həm film həm də əsərin ən böyük özəlliyi ondadır ki sovet dövründə Qəmlo və Kərbəlayi İsmayıl mənfi obraz olduğu halda indi müsbət obrazdır (Qırmızı zirvə)

rahib
13.02.2015, 08:43

Qemlo heqiqeten cox igid olub.ancaq 100 faiz Abasqulu beyi namerdcesine oldurub.Ferman Kerimzadeye şer atmaq olmaz.bir de kend arvadlarina sataşmagi 100 faiz düz.ona gore oz kendcileri terefinden oldürülüb.

rahib
13.02.2015, 08:46

100 faizdi Abbasqulu beyi Qemlo oldürmeyi.Talibov yazigin hec bir gunahi yox.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı
17.11.2018, 23:56

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO
17.11.2018, 23:31

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO

FİFA Türkiyə klubunu cəzalandırdı
17.11.2018, 23:09

FİFA Türkiyə klubunu cəzalandırdı

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərinə müraciət etdi
17.11.2018, 13:12

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərinə müraciət etdi

Sabah Bakıda 16 dərəcə isti gözlənilir -  PROQNOZ
17.11.2018, 13:03

Sabah Bakıda 16 dərəcə isti gözlənilir -  PROQNOZ

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır - SİYAHI
17.11.2018, 12:44

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır - SİYAHI

DİM: Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur
17.11.2018, 12:31

DİM: Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur

ARXİV