18 oktyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - Yazılar - Tramvay parka gedir
Tramvay parka gedir
24.08.2016, 10:57

« Mənim mənsub olduğum nəslin bir çox şairi Qabilin «Tramvay parka gedir » şeirindən çıxıb. Bu tramvayın içində gəlmişik ədəbiyyata. Bəzimiz biletli, bəzimiz biletsiz».

Xalq şairi Vaqif Səmədoğlu

 

Qabil

 

(Poema)

 

Gecə saat bir

Tramvay parka gedir.

Cingildəyir şüşələr.

Boş vaqonda bilinir bu cingilti bu qədər.

Gecə saat bir.

Tramvay parka gedir

Ləngərlə.

Bu ləngər bilinməzdi –

Vaqon dolu olsaydı sərnişinlərlə.

Uzundur parkın yolu,

Küçələr sükut dolu.

Relslərin calağında çıqqıldayır təkərlər.

Elə bil bir nəhəngin dişlərini tökürlər.

Gecə saat bir,

Tramvay parka gedir.

Məftillərdən od qopur şimşək çaxan sayağı.

Məftillər fışıldayır qızıl ilan sayağı.

Uzunsov lampoçkalar yanır-sönür arabir,

Konduktor mürgü döyür...

Tramvay parka gedir.

Konduktorun çənəsi

Boynundakı çantanın qayışına toxunur.

Yumulu gözlərindən hər şey açıq oxunur.

Sürücü siqaretin kötüyünü sümürür,

Yandakı pəncərədən –

Qaranlığın üzünə bir parça köz üfürür.

Yolda bir sərxoş durur dünyanın ağasıtək...

– Xox... qorxub qaçacağam, kişidir bassın görək.

Təkərlər xırhaxırla relsdə sürüşüb yanır.

Konduktor məhəccərə çırpılaraq oyanır.

Qaçır sürücüyə sarı:

– Adam basdın?

– Yox, ay qız!

Heç iti-pişiyi də candan etmək yaramaz.

Qorxdun?

– Qolum əzildi yaman.

– Can-can...

Gecə saat bir,

Tramvay parka gedir.

Sürücünün saçında sürüşür qızın əli:

– Baləli!

– Can!

– Yorulmusan?

– Az-maz.

Eybi yoxdur, Münəvvər.

Parka az qalıbdır, az.

Parkacan özümüzü çatdırarıq birtəhər. –

Gecə saat bir,

Tramvay parka gedir.

Gözətçilər bayırda hərdən fışqırıq çalır,

Gözətçilər neyləsin sübhəcən oyaq qalır,

Yuxu qovulsun gərək.

Mürgü sovulsun gərək.

– Baləli!

– Can!

– Gəl sabah ərizə yazaq, gəl çıxaq tramvaydan.

– Bu fikir hardan düşdü ağlına, ay Münəvvər?

Necə yəni gəl çıxaq, gəl ərzə yazaq səhər?

– Baləli, ayaqlarım tapdağa dözmür, inan.

Səhər-axşam ürəyim hövl edir basabasdan...

Sənə nə var, Baləli, bircə yola baxırsan.

Hay-küydən nə xəbərin, relslər üstə axırsan.

– Deyirsən də, Münəvvər.

Yoldan fikrim yayınsa yüzünün qanı gedər.

Bu yandakı güzgüdən

Dalı da görürəm mən.

Dala da baxıram mən.

Gedə-gedə minirlər,

Gedə-gedə düşürlər,

Minəndə sürüşürlər,

Düşəndə sürüşürlər,

Hamıya cavabdehəm,

Nə qəm...

Ay dəli!

Ay tramvay gözəli!

Ay mənim konduktorum!

Köhnə bayatılarla neçin özümü yorum? –

Gecə saat bir,

Tramvay parka gedir.

– Deyirsən tramvayın səhər ataq daşını?

Qız oğlanın çiyninə toxundurur başını.

– Bəli.

Baləli!

Hansı işə deyirsən, hara deyirsən gedək.

Lap qızıl mədəninə...

Lap kömür mədəninə.

Gedək, amma, tən gedək.

Vaqonda işıqlar sönür bu zaman...

– Ay-hay,

– Eh, bu cərəyan da vaxt tapdı yaman.

Susur tramvay.

Bir az gedir-gedir durur tramvay.

“Parka yaxşı gəldik”, “Yaxşıca çatdıq”.

“Yaxşıca dincəldik”, “Yaxşıca yatdıq”.

– Düş, cərəyan gəlincə, gəzək bayırda bir az,

Hava almaq pis olmaz.

Gör bizim tramvaya nə yazılıb, Münəvvər,

“Komsomola hədiyyə!” əntiqədir bu sözlər.

Hər vaqonun böyrünə yazılmayır belə şey.

“Komsomola hədiyyə!” böyük şan-şöhrətdir ey!

– Əlbəttə, çox böyükdür, buna nə söz, nə söbhət,

Bu vaqonla işləmək səadətdir, səadət.

Adamla dolu olur tramvay səhər-səhər

İşə gedir camaat, işə gedir fəhlələr.

Bir parası qızarır,

Gözümdən yayınmağa bir künc-bucaq axtarır.

– Bilet alın, – deyirəm, deyirəm, dayanıram.

Bir parası ağarır.

Mən isə ağartmıram – susuram, inanıram...

– Sərnişinlər də var ki... ay Münəvvər, axı sən

Onların barəsində bəs niyə söz demirsən?

Bir biletçin bir onluq ötürür əldən-ələ

Gözünü qırpmır belə...

Bəs niyə söyləmirsən: elə sərnişin də var

Biletsiz düşmür yerə... keçir dayanacaqlar...

Yoxsa sənin sözündən belə çıxır ki, daha

Bir belə camaatın işi qalıb Allaha.

Bəlkə biri xəstədir, natəmizdir cövhəri,

Ömrünün illərindən çox sevir qəpikləri.

Harda olsa qənimət axtaranlar da çoxdur.

Hər bilet almayanın zənn etmə ki, cibində

Üç qəpik pulu yoxdur.

Ölümə göz dikən var – ölüm olsa havayı,

Onların nə vecinə hökumət tramvayı.

Bilirəm inciyirsən səhərdən axşamadək

Əlli min cür adamla çənə-boğaz döyərək.

İxtisara düşəcək onsuz da vəzifəniz

Bütün konduktorları yığıb söyləyəcəklər:

“Başqa işə keçin siz!”

Gün gələcək bizi də yığacaqlar bir yerə,

Deyəcəklər: yaraşmır tramvay bu şəhərə.

– Sürücülər, sizinlə qurtardıq, – deyəcəklər.

– Relslərin hamısını çıxardıq, – deyəcəklər

Onda biz də taparıq ayrı peşə, ayrı iş,

Yol geniş, həyat geniş.

Sənin yaşın iyirmi, mənimki iyirmi bir,

Yelkən təzə açılır, gəmi təzə yellənir.

Parkda bizi tanıyır, parkda bizi sevirlər,

Yaxşı, çıxıb neyləyək, hara gedək, Münəvvər?

Sən biləni başqa yer burdan rahatdır yəni?

Yox, kurort zənn etməyək fabrik ilə mədəni.

Üz-üzə gələcəksən insanlarla, Münəvvər,

Hər yerdə, hər məkanda.

Nə deyim, görəcəksən filan da, bəsməkan da... –

Xəttə cərəyan gəlir,

Qaranlıqdan işığa çıxan gözlər qamaşır.

Elektrik motoru elə bil donquldanır.

Kiminləsə savaşır.

Tramvay ağır-ağır öz yoluna düzəlir.

– Yadındamı, Baləli, qələm çəkdik hər şeyə.

Göz yumduq hər gileyə.

Eşqə, sədaqətə biz and içərək

Vurğunun, “Komsomol poeması”nın

Ilk sətirlərini xatırladantək:

Ayazlı-şaxtalı bir qış səhəri

Iki yoldaş olub yola düzəldik.

Nabələd-nabələd gəzib şəhəri

Axırda tramvay parkına gəldik.

Bizə yataqxana... bizə iş... hörmət...

İnsanlıq... şirinlik... qayğı... hərarət...

– Yaxşı ki, bunları sayırsan bir-bir...

Ötür dayanacaqlar, tramvay parka gedir,

Maşın tapa bilməyən sürücüyə əl edir,

Tramvay parka gedir...

– Mən bunları sayıram, mən bunları qanıram,

Ancaq öz qərarımı yenə doğru sanıram.

– Park bizə ev verəcək bu gün-sabah, Münəvvər!

– Parkda işləməyənlər küçədə yatır məgər?

Tramvay bir dövrənin ətrafında dolanır.

Çıxa bilməz kənara, gedə bilməz uzağa.

Ömrün, həyatın yolu üfüqlərə uzanır.

Bizə qol-qanad gərək üfüqləri... aşmağa,

Üfüqün yolu çətin, üfüqün özü əlvan,

Qoy bu son dövrə olsun, ayrılaq tramvaydan.

Üfüqün bir parçası harda yanır, Baləli?

Kəndimizin üstündə, yanırmı?

– Yanır, bəli!

– Bax, o həmin parçada niyə görünməyək biz?

Tinlərin arasında tam sür’əti boğulan

Tramvayda nə üçün keçsin ilk gəncliyimiz?

Səninlə bağlamışam arzumu-diləyimi.

– Peşimansan?

– Yox?

Duymursan ürəyimi?

Getməsən də, dözərəm.

Boynumda pul çantası, əlimdə bilet topu.

Tramvayda gəzərəm.

– Münəvvər!

Maaş günüdür səhər

Nəqd, halal.

Gedək nə xoşlasan al.

İkimizin qazancı üst-üstə xeyli tutur.

Maaş günüdür səhər.

Ağlayan bir uşağı konfet ovundurantək

Böyük də pul alanda hər ağrını unudur,

Qız başını bulayır:

Çanta yana əyilir, pullar dağılır yerə.

Diksinib cingiltidən geri baxır sürücü.

Gözucu.

Yenə dönür irəli,

– Saxlayım?

– Sür,

Baləli, sür!

Parkın darvazasının işıqları görünür.

 

1962


SON XƏBƏR
TANAP layihəsinə 500 milyon dollar kredit ayrıldı
18.10.2017, 18:45

TANAP layihəsinə 500 milyon dollar kredit ayrıldı

Prezident MDB-nin Sərhəd Qoşunları komandanlarını qəbul edib
18.10.2017, 18:31

Prezident MDB-nin Sərhəd Qoşunları komandanlarını qəbul edib

Azərbaycanda portağal 50% bahalaşdı
18.10.2017, 18:18

Azərbaycanda portağal 50% bahalaşdı

Putinlə Netanyahu arasında telefon danışığı olub
18.10.2017, 18:12

Putinlə Netanyahu arasında telefon danışığı olub

Avtomobil nömrələri üçün dövlət standartı AÇIQLANDI
18.10.2017, 18:04

Avtomobil nömrələri üçün dövlət standartı AÇIQLANDI

Mənzil alan jurnalistlərlə görüş keçiriləcək
18.10.2017, 17:56

Mənzil alan jurnalistlərlə görüş keçiriləcək

Qənirə Paşayevadan çağırış
18.10.2017, 17:50

Qənirə Paşayevadan çağırış

“Qarabağ”ın azarkeşləri üçün avtobuslar ayrıldı
18.10.2017, 17:42

“Qarabağ”ın azarkeşləri üçün avtobuslar ayrıldı

ADU-da Çin mətbəxinin sirri açıldı
18.10.2017, 17:41

ADU-da Çin mətbəxinin sirri açıldı

Azərbaycan və Rusiya rəsmiləri sərhədə TOPLANDI - yeni təməl qoyuldu
18.10.2017, 17:25

Azərbaycan və Rusiya rəsmiləri sərhədə TOPLANDI - yeni təməl qoyuldu

Dövlət Arxivindən ŞOK SƏNƏD tapıldı - Tanınmış bolşeviklər Müsavatın agentləri olublar...
18.10.2017, 17:24

Dövlət Arxivindən ŞOK SƏNƏD tapıldı - Tanınmış bolşeviklər Müsavatın agentləri olublar...

Əhliman Əmiraslanov AMEA-da toplantı keçirdi
18.10.2017, 17:23

Əhliman Əmiraslanov AMEA-da toplantı keçirdi

İŞİD Suriya ordusunun məşhur generalını öldürdü
18.10.2017, 17:22

İŞİD Suriya ordusunun məşhur generalını öldürdü

Bakı meriyası REAL-ın müraciətini cavabsız qoyub
18.10.2017, 17:17

Bakı meriyası REAL-ın müraciətini cavabsız qoyub

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 
18.10.2017, 17:04

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 

Aydın Mirzəzadə tələbələrə mühazirə oxudu
18.10.2017, 17:00

Aydın Mirzəzadə tələbələrə mühazirə oxudu

İkinci sinif şagirdi Topçubaşov adına xəstəxanada öldü
18.10.2017, 16:58

İkinci sinif şagirdi Topçubaşov adına xəstəxanada öldü

Əflatun Amaşov bu dəfə Tiranaya gedir
18.10.2017, 16:53

Əflatun Amaşov bu dəfə Tiranaya gedir

“Qarabağ” “Atletiko”ya uduzmayacaq - Deputatlardan nikbin PROQNOZ   
18.10.2017, 16:50

“Qarabağ” “Atletiko”ya uduzmayacaq - Deputatlardan nikbin PROQNOZ  

Ərdoğandan Bərzaniyə TƏRS SUAL: “Kərkükdə nə gəzirsən?”
18.10.2017, 16:49

Ərdoğandan Bərzaniyə TƏRS SUAL: “Kərkükdə nə gəzirsən?”

DTX Bakıda əməliyyat keçirdi - qanunazidd dini ayinlərin icraçıları saxlanıldı   
18.10.2017, 16:40

DTX Bakıda əməliyyat keçirdi - qanunazidd dini ayinlərin icraçıları saxlanıldı  

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - II YAZI
18.10.2017, 16:31

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - II YAZI

ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirmək istəyir  
18.10.2017, 16:26

ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirmək istəyir  

Beynəlxalq axtarışda olan iki azərbaycanlı Qazaxıstanda saxlanıldı
18.10.2017, 16:16

Beynəlxalq axtarışda olan iki azərbaycanlı Qazaxıstanda saxlanıldı

Azərbaycanda bu il 17 ana ölümü baş verib
18.10.2017, 16:06

Azərbaycanda bu il 17 ana ölümü baş verib

Sabiq icra başçısı
18.10.2017, 16:01

Sabiq icra başçısı "reket jurnalist"in işində zərərçəkmiş kimi tanınıb

Rusiya ilə Türkiyənin pomidor problemi də həll olunur
18.10.2017, 16:01

Rusiya ilə Türkiyənin pomidor problemi də həll olunur

Elmar Vəliyev hesabat verdi
18.10.2017, 15:53

Elmar Vəliyev hesabat verdi

Şərəfsizlər kvarteti
18.10.2017, 15:50

Şərəfsizlər kvarteti

Deputatdan müstəqilliklə bağlı ÇAĞIRIŞ
18.10.2017, 15:41

Deputatdan müstəqilliklə bağlı ÇAĞIRIŞ

Müstəqilliyimizin etibarlı təminatçısı   
18.10.2017, 15:36

Müstəqilliyimizin etibarlı təminatçısı  

Dünyanın yeni yaranmış idman növləri - MARAQLI
18.10.2017, 15:35

Dünyanın yeni yaranmış idman növləri - MARAQLI

Naxçıvanda hərbi parad keçirildi – FOTOSESSİYA
18.10.2017, 15:15

Naxçıvanda hərbi parad keçirildi – FOTOSESSİYA

Aprel şəhidinin xanımı: “Elvin “mənə bir şey olsa get, xoşbəxt ol” demişdi” - MÜSAHİBƏ
18.10.2017, 15:04

Aprel şəhidinin xanımı: “Elvin “mənə bir şey olsa get, xoşbəxt ol” demişdi” - MÜSAHİBƏ

“Saakaşvili hakimiyyəti zorla ələ keçirmək istəyir”
18.10.2017, 14:57

“Saakaşvili hakimiyyəti zorla ələ keçirmək istəyir”

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(4.93%)
“Azərişıq”(29.0%)
“Azərsu”(10.4%)
“Azəristiliktəchizat”(3.08%)
Heç biri(52.4%)