Ankarada Türk Dövlətləri Təşkilatının sammitinin açılış mərasimi Ceyhun Bayramov diqqətçəkən addımı ilə yadda qalıb.
Modern.az xəbər verir ki, fotoçəkiliş zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroat Mirziyoyevanın sırğası yerə düşüb. Bunu görən Azərbaycanın XİN rəhbəri dərhal nəzakətli jest edərək birinci xanımın sırğasını götürüb özünə təqdim edib. Nazirin bu addımı mərasim iştirakçılarının marağına səbəb olub.