Modern.az

Bosniya və Herseqovinada helikopter qəzaya uğradı, ölənlər var

Bosniya və Herseqovinada helikopter qəzaya uğradı, ölənlər var

Dünya

Bu gün, 22:22

Avropa İttifaqının Bosniya və Herseqovinadakı hərbi kontingentinə (EUFOR) məxsus helikopter Brçko şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində üç nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə "Klix" portalı məlumat yayıb.

Hadisə zamanı mülki şəxslər xəsarət almayıb, infrastruktura da ziyan dəyməyib. Faktla bağlı araşdırmaya başlanılıb.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunublar. Ərazi mühafizəyə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı