Modern.az

MİT SOCAR-ın törəməsindəki əməliyyatda 11 nəfəri saxlayıb - YENİLƏNİB

MİT SOCAR-ın törəməsindəki əməliyyatda 11 nəfəri saxlayıb - YENİLƏNİB

Ölkə

2 Avqust 2016, 13:04

 

Bu səhər "Petkim"də Fətullahçılara qarşı xüsusi əməliyyat başlayıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata görə,  Türkiyənən ən iri neft-qz holdinqlərindən olan “Petkim”neft-kimya kompleksində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir.

Əməliyyat Milli İstihbarat Təşkilatının (MİT) xüsusi qrupu tərəfindən aparılır.

Əməliyyatda əsas məqsəd holdinqdə Fətullahçılarla əlaqədə ola qüvvələrin müəyyənləşdirilərək həbs olunmasıdır.

 

Qeyd edək ki, “Petkim” SOCAR-ın Türkiyədəki törəmə şirkətidir.

 

*

 

Bu sabah “Petkim Petrokimya Holding”-də aparılan xüsusi əməliyyat zamanı Fətullahçılarla əlaqədə şübhəli bilinən 11 nəfər həbs olunub.

 

15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə məhkəməsi aralarında "Petkim"in vəzifəli şəxslərinin də olduğu 31 nəfərin həbsinə dair qərar çıxarıb.

 

Onlardan 11 nəfəri daha əvvəl İstanbul və Manisa şəhərlərində həbs olunub.

 

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok