Modern.az

Teatra ayrılan vəsait 300 faiz azalıb 

Teatra ayrılan vəsait 300 faiz azalıb 

Aktual

13 Noyabr 2017, 12:38

“Azərbaycan son dərəcədə mühüm günlərin axarında, astanasında yaşayır. Bu səbəbdən büdcəmiz də İstiqlalımızın, Müstəqil dövlətimizin yüz illiyinə hesablanıb. Bu sənəddə mümkün risklər nəzərə alınıb, onu qənaətbəxş saymaq olar”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib. Deputat sədri qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı çox sürətlə inkişaf edir, uğurlar göz önündədir.

 

“Azərbaycanda hərbi-sənaye kompleksi, sənayesi uğurla inkişaf edir. Amma Azərbaycan kənd təsərrüfatı ölkəsi deyil. Azərbaycan geniş hərbi-sənaye ölkəsi də deyil. Azərbaycan mədəniyyəti ilə dünyaya səs salan bir ölkədir, Azərbaycanı dünyaya onun mədəniyyəti tanıdıb. Ona görə mədəniyyət sahəsinə daha çox diqqət göstərilməlidir. Büdcədə mədəniyyətə baxış kəskin şəkildə dəyişməlidir. Cüzi artımlar deyil, böyük artımlar nəzərdə tutulmalıdır”.

 

O bildirib ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət quruculuğu siyasətində mədəniyyət sahəsi çox mühüm yer tutur.

 

“Ölkə başçısı daim bu sahəni öz diqqət mərkəzində saxlayır. O, Azərbaycan mədəniyyətinin böyük dostudur. Bu baxımdan, mədəniyyət sahəsinə diqqət büdcə zərfində də öz əksini tapmaladır, büdcəni hazırlayan, formalaşdıran iqtisadi qurumlar bunu mütləq nəzərə almalıdırlar.

 

Dünyada kinonun tarixi 1895-ci ildən başlayırsa, Azərbaycanda ondan cəmi 3 il sonra -1898-ci ildən başlayır. Yəni, növbəti ildə Azərbaycan kinosunun 120 ili tamam olur. Bu, çox mühüm nailiyyətdir. Dünyanın ən inkişaf etmiş ölkələrində kino yaranmayanda, Azərbaycanda kino vardı. Amma büdcədə bu məsələyə o qədər də ciddi diqqət ayrılmayıb. Biz bununla böyük inkişafa doğru gedə bilmərik. Odur ki, kino sahəsinə büdcədə daha ciddi diqqət yetirilməlidir, ayrılan vəsaitin həcmi artırılmalıdır. Bölgələrdəki kitabxanları dirçəltməliyik. Onları mədəniyyət mərkəzlərinə çevirməliyik. Amma bugünkü durumla uzğa gedə, keçmiş ənənələrimizi yaşada bilmərik“.

 

Komitə sədri bildirib ki, kinematoqrafiyanın inkişafı üçün güzəştlər edilməlidir və bu, zərurətdir.

 

“Teatra ayrılan vəsaitdə əvvəlki illərlə müqayisədə 300 faiz azalma var. Bu məsələ teatr sahəsinə pis təsir edəcək. Bunun heç olmasa yenidən qismən artırılmasının vacibdir”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?