Rusiyalı aktrisa Lidiya Fedoseyeva-Şukşina 88 yaşında dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə aktrisanın qızı Mariya Şukşina özünün “Telegram” kanalında məlumat yayıb.
İlkin məlumata görə, aktrisanın ölümünə kəskin ürək çatışmazlığı səbəb olub.
Noyabrın 3-də mərhumun nəvəsi Anna “Zvezdı soşlis” (“Ulduzlar bir araya gəldi”) verilişində nənəsinin xroniki ürək çatışmazlığı ilə mübarizəyə tab gətirə bilmədiyini bildirmişdi.
Lidiya Fedoseyeva-Şukşina Vasili Şukşinin “Peçı-lavoçki” (“Sobalar və skamyalar”) və “Kalina krasnaya” (“Qırmızı giləmeyvə”) filmlərindəki rolları ilə geniş şöhrət qazanıb.
Ömrünün son illərində aktrisa demensiyadan əziyyət çəkirdi. Ona böyük qızı Olqa qulluq edirdi