Modern.az

Yeni Aparat rəhbəri Trampı müharibəni bitirməyə çağırdı

Yeni Aparat rəhbəri Trampı müharibəni bitirməyə çağırdı

Dünya

Bu gün, 12:12

Trampın yeni Aparat rəhbəri İranla müharibənin dayandırılmasına çağırıb.

Modern.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Miller vəzifəyə təyin olunması ilə bağlı aparılan danışıqlar zamanı Trampı hərbi münaqişənin mərhələli şəkildə başa çatdırılmasının zəruriliyinə inandırmağa çalışıb.

Qeyd olunub ki, İranla müharibə Trampın tərəfdarlarının bir hissəsinin narazılığına səbəb olub. Onlar bu münaqişəni prezidentin yeni hərbi qarşıdurmalardan yayınmaq vədi ilə ziddiyyət təşkil edən addım kimi qiymətləndiriblər.

Xatırladaq ki, Tramp noyabrın 6-da Stiven Millerin Ağ Evin aparat rəhbəri vəzifəsinə təyin olunduğunu açıqlayıb. O, aralıq seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra vəzifəsini tərk edən Syuzan Uaylsı əvəz edəcək.

Trampın ən uzunmüddətli və nüfuzlu müşavirlərindən biri olan Miller bundan əvvəl Ağ Ev aparat rəhbərinin siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

Miller daha çox sərt miqrasiya siyasətinin tərəfdarı kimi tanınır və kütləvi deportasiyaları dəstəkləyir. Onun yeni vəzifəyə təyin edilməsinin Tramp administrasiyasının miqrasiya siyasətində bu xətti gücləndirə, eləcə də Konqresdə daha geniş təsir imkanları əldə edəcək demokratlarla münasibətlərdə daha sərt və qarşıdurmalı yanaşmaya yol aça biləcəyi bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?