Arxiv
18 Avqust 2018, 01:56 | ƏDƏBİYYAT
Əslində  

Qabil

Mənəm əndazəsiz, sonsuz
Sükuta qərq olan dərya.
Sükutum arxayın qoy salmasın
Sahildə məxluqi...
Coşarsa, heç üzün görmə,
Dəli tufandı əslində.

Dərin fikrimdə gizlənmiş,
Kəfən geymiş dərin məna.
Əgər şayəd açıqlansa
Bəraətsiz, filansız, keç,
Buyur, zindandı əslində.

Günahkarın cəzasın
Bir günahsız çəkməliykən bəs?!
Deməzlər? Gün-günorta
Diqqətə şayandı əslində?!

Nədir insaf, nədir mürvət?
Çaşıb qalmışdır idrakım.
Bütün bunlar qədim söhbət,
Qədim hədyandı əslində.

Səxavət sözdə asandır:
“Nə qulluq, hazıram, qardaş…” –
Bu hap-gopdu, bu, Hatəm naminə
Böhtandı əslində.

Gözüm oynaq, xəyalım quş,
Saçım çal, saqqalım çaldır.
Vücudum-ruhum ancaq ki,
Cavan oğlandı əslində.

Güzarandan düşür söhbət,
Gözəllər qeyb olur gözdən.
Könüldə eşqə yer yoxdur,
Könül virandı əslində.

Zəlil haqqın kəsən zalim,
Əlil haqqın kəsən zalim,
Ziyarətgaha can atma,
Can atma, xalqı aldatma!

İnansaq ki, o dünya var,
O cür dəhşətli səhra var.
Həmişə qır qazanında
Canın büryandı əslində.


Nə çox alim, nə çox tacir
Nə çox loğman olub peyda?!
Ay Allah, bu yarımçıqlar...
Cəmi nadandı əslində.
Əşşi, nadanlıq azmış ki,
Hələ şeytandı əslində.


Baxıb baş tapmıram heç cür
Bu millət acdı, ya toxdu...
Kimi çöpdü, kimi şişman,
Kimi bütdü...
Kimi lütdü.
Hamı üryandı əslində.

Nə qaçqın, ey gözüm-canım?!
Nə işğal, ey gözüm-canım?!
Nə yardım, ey gözüm-canım?!
Nə “verdim”, ey gözüm-canım
Unutqanlıq, utanmazlıq
Açıq talandı əslində.

Nə rəhbər? Ey dili-qafil!
Nə rəhbər! Neynəsin rəhbər?
O azman rəhbərin dörd bir yanı
Cırtdandı əslində.

Ələkbər Sabirin gülmür üzü...
Gülməz də, gülməz də.
Yağışsız da vətənində
Şiddəti-borandı əslində.

Nə gün gördü böyük şair...
Yazıq qan uddu, qan qusdu,
Bu gün Sabirlərin bağrı
Həmənki qandı əslində.

Nə Leyli var, nə də Məcnun,
Nağıl açma uzun-uzun.
Hanı Nöfəl cəsarəti,
Zeydin ağlar sədaqəti?
Nə bir könül şişəsi var,
Nə Bisütun tişəsi var.
Nə Şirin var, nə də Fərhad,
Keyfxanalar çıxardıb ad.
Nə Vaqifin gözəlləri,
Nə Vahidin qəzəlləri.
Bütün bunlar açıq baldır...
Qısa tumandı əslində.

Məhəmməd Hadinin ruhu
Əyandı ruhuma billah;
Onun hali-pərişanı
Calandı ruhuma billah.
Gözüylə baxdım Hadinin
Cahan zindandı əslində.

Dilim: – Qurban olum, – söylər
Gözəl yara, əziz dosta.
Bu boş sözdü...
Bu xoş sözdü...
İlahidən –
Qoyun qurbandı əslində.

Cahana gəldiyim gündən
Ölüm xofu mənə aşkar.
Ölüm vəhmində sonsuzluq...
Ölüm bir andı əslində.
Yığışdır əl-ayağını
Bu söz, bu söhbətin, Qabil!
Uzatma mətləbi bunca
Sənə nöqsandı əslində.


27 fevral, 1998

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan Qarabağla bağlı məsuliyyəti boynundan atır 23 Aprel 2019, 00:56 Yaponiyada 5,4 ballıq zəlzələ oldu 23 Aprel 2019, 00:29 Saxta manatı necə tanımalı? - FOTO 23 Aprel 2019, 00:13 Yevlaxda 14 yaşlı qız zəhərlənərək öldü 22 Aprel 2019, 23:48 Qazaxda orta məktəb şagirdi tələbəni qətlə yetirdi - YENİLƏNİB 22 Aprel 2019, 23:34 Makedoniyada seçkilərin II turu mayın 5-də keçiriləcək 22 Aprel 2019, 23:29 ABŞ-da təyyarə qəzası: 6 ölü 22 Aprel 2019, 23:14 Azərbaycanın BMT çərçivəsində hərbi əməkdaşlığı müzakirə edilib 22 Aprel 2019, 22:43 Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək 22 Aprel 2019, 22:30 Sahibə Qafarova Şəmkirdə seçicilərlə görüşdü - FOTO 22 Aprel 2019, 22:13 İsmayıllıda fəhlə uçan divarın altında qalıb öldü 22 Aprel 2019, 21:57 Qazaxıstan nefti Bakı-Supsa boru kəməri ilə Qara dənizə çatdırılacaq 22 Aprel 2019, 21:42 Türkiyədən ABŞ-ın sanksiyalarına cavab 22 Aprel 2019, 21:29 Yaponiya və Çindən Azərbaycana gələn turistlərin sayı artıb 22 Aprel 2019, 21:13 Beş milyarder həbs olundu 22 Aprel 2019, 20:38 İstanbulda 4 mərtəbəli bina uçdu 22 Aprel 2019, 20:18 Qafqaz almanlarının nəvə və nəticələri Göygöldə - FOTO 22 Aprel 2019, 20:02 Zaqatalada dolu əleyhinə raket tapıldı - FOTO 22 Aprel 2019, 19:55 Gömrükçülər üçün təlimə start verildi - Foto 22 Aprel 2019, 19:46 ABŞ Poroşenkoya toxunmamaq göstərişi verib 22 Aprel 2019, 19:37 Bakıda orta məktəbdən oğurluq olub 22 Aprel 2019, 19:28 Təhsil işçiləri arasında futbol çempionatı - FOTO 22 Aprel 2019, 19:18 Nazirlik aprel ayının qeyri-sabit keçməsinin səbəblərini açıqladı 22 Aprel 2019, 19:09 “Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb 22 Aprel 2019, 19:00 BMU-da Nəsiminin 650-illik yubileyi qeyd olunub - FOTO 22 Aprel 2019, 18:50 Ermənistanın əhalisi iki dəfə azalacaq – BMT açıqladı 22 Aprel 2019, 18:42 BDU-nun rektoruna 16 gün ərzində tələbələrdən 663 müraciət daxil olub 22 Aprel 2019, 18:34 Fikrət Məmmədov: 51 icra məmuru vəzifəsindən azad olunub 22 Aprel 2019, 18:26 Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb 22 Aprel 2019, 18:18 Mirqafar Seyidov Bakı polisini topladı - FOTO 22 Aprel 2019, 18:10