27 mart 2019, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - QHT Şurası 8 yeni xidmət təqdim etdi
QHT Şurası 8 yeni xidmət təqdim etdi +
28.11.2018, 12:36

“Belə geniş təqdimatın keçirilməsinin bir çox vacib və əhəmiyyətli səbəbləri var. Bunlardan biri, Şuranın gələn ildən etibarən tətbiq edəcəyi yenilikləri təqdim etməkdir”.

 

Modern.az xəbər verir ki, bunu  Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev yeni elektron xidmətlərin tətbiqi ilə bağlı keçirilən ictimai dinləmədə jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, QHT Şurası elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə proqramlar hazırlayıb həyata keçirir.

A.Quliyevin sözlərinə görə, bu proqramlar Azərbaycan Prezidenti İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamlar rəhbər tutaraq təqdim edilib”.

 

Şura sədri bildirib ki, ictimai dinləmənin keçirilməsinin ikinci mühüm şərti QHT-lərin hesabatlıq vəziyyətini müzakirə etməkdir. 

“Məqsəd Şuranın qəbul etdiyi qərarların QHT-lər tərəfindən daha geniş şəkildə mübahisələndirməsinə imkan yaradılması, QHT-lərin həmin layihələrin vacibliyi, ictimai əhəmiyyəti və effektivliyi barədə fikir, rəylərini öyrənmək, gələcək qərar qəbulu zamanı nəzərə almaqdır. Buna görə ictimai dinləmə xüsusi önəm daşıyır və QHT təmsilçilərinin fikirləri əhəmiyyətlidir”.

 

Azay Quliyevin sözlərinə görə, ictimai dinləmənin keçirilməsinin üçüncü mühüm şərti Şuranın göstərdiyi xidmətlərin keyfiyyətini müzakirə etməkdir. 

 

“Bəllidir ki, ilk dəfə tətbiq olunan bu proqram və elektron xidmətlərin həm də böyük ictimai əhəmiyyəti var. “Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi”, “Müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidməti”, “QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi”, “Konsultativ dəstək üzrə onlayn xidmət”, “Apelyasiya komissiyasının iclasında onlayn iştirak” proqram və elektron xidmətləri ilk dəfə tətbiq olunacaq.  

İlk dəfə tətbiq olunan bu elektron xidmət və proqramlar, Şura fəaliyyətində şəffaflığı daha da artırır, Şura ilə QHT-lər arasında kommunikasiyanı daha rahat və asan edir. Vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, Şuranın qərar qəbuletmə prosesində vətəndaşların bilavasitə iştirakı, ictimai nəzarət və ictimai iştirakçılığın təmin edilməsini daha da açıq nümayiş etdirir. Burada qeyd olunmalı vacib məqam, yenilik, QHT layihələrinin idarə edilməsi və hesabatların (təsviri və maliyyə) qəbulunun yeni tətbiqlərdən sonra tamamilə elektronlaşdırılması və acıq, vahid baza üzərindən aparılmasıdır”.

 

Yenliklərlə bağlı ətraflı məlumat verən Azay Quliyev, Şurada indiyə qədər mövcud olan elektron xidmətlər haqda da fikir bildirib.

 

Daha sonra yeni yaradılan xidmətlər və proqramlar haqda ətraflı məlumat verilərək, ictimaiyyətə təqdim olunub.

İctimaiyyətə təqdim olunan 8 yeni xidmət “mövcud vəziyyət”, “təklif olunan format” və “proqramın (yeniliyin) üstünlükləri” formasında qruplaşdırılaraq şərh edilib. 

 

1. Layihələrin qəbulu (e-ərizə);

2. Layihələrin ekspertizası (Ekspertiza);

3. Apelyasiya müraciətlərinin qəbulu (Apelyasiya);

4. Hesabatların qəbulu (E-hesabat);

5. Dövlət orqanları tərəfindən QHT-lərə qrant verilməsinin Şura ilə razılaşdırılması (Şura ilə layihələrin razılaşdırılması);

6. Elektron müraciət (E-müraciət);

7. qhtxeber.az saytı elektron informasiya xidməti mövcuddur.

 

2019-cu ildən etibarən tətbiq ediləcək yeni xidmətlər isə aşağıdakılardır:

 

1. Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi

2. Müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidməti

3. Layihələrin idarə edilməsi və e-hesabat proqramı

4. QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi

5. Konsultativ dəstək üzrə onlayn xidmət

6. QHTinnovasiya.az saytı

7. Apelyasiya komissiyasının iclasında onlayn iştirak

8. “QHT Şurası” mobil tətbiqetmə proqramı

 

“Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi” proqramı 2019-cu ilin 2-ci qrant müsabiqəsindən etibarən ilk dəfə tətbiq olunacaq. Bu proqram, ekspertlərlə yanaşı, ölkənin bütün vətəndaşlarına müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində bilavasitə iştirak etmək imkanı yaradacaq.

 

Belə ki, qiymətləndirmədə iştirak üçün hər bir vətəndaş, Şuranın e-qht.az elektron xidmətlər portalında yaradılmış “Vətəndaşların layihələri qiymətləndirməsi” bölməsində qeydiyyatdan keçib, Şuranın müəyyən etdiyi müsabiqə mövzularının istənilən birinə daxil olaraq layihələrlə tanış olub, rəy verib, qiymətləndirə bilər. Vətəndaş, maliyyələşdirilməsini məqsədəmüvafiq hesab etdiyi layihə haqqında gəldiyi nəticəni rəy bölməsində əsaslandırır və bununla da belə rəylərin (minimum 20 bal, 1 bal 3 rəydir) toplandığı layihənin maliyyələşdirilməsi Şuraya tövsiyə olunmuş hesab edilir.  

 

Şura tərəfindən təqdim edilən ikinci yenilik- müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidmətidir. Təqdim olunan yeni elektron xidmət müsabiqə qalibi olmuş QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılır. Bu xidmət vasitəsilə, elektron xidmət qrant müqaviləsinin bağlanması üzrə aidiyyatı sənədlərdə müvafiq düzəlişlərin aparılmasını və müqavilənin imzalanması üçün dəqiq vaxtın müəyyənləşdirilməsini, beləliklə, bütün prosesin “vahid pəncərə” sistemi üzrə həyata keçirilməsini təmin edilir. Bununla da, Şura ilə QHT arasında müqavilə bağlanması üçün zəruri olan sənəd dövriyyəsi tam şəkildə elektronlaşır. Şura ilə QHT-lər arasında kommunikasiyanı daha rahat və asanlaşdırmaq, vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, şəffaflığı daha da artırmaq elektron xidmətin digər üstünlüyüklərindəndir.

 

Layihələrin idarə edilməsi və e-hesabat proqramı Şuranın təqdim etdiyi növbəti yenilikdir. Əslində, Şura tərəfindən 2013-cü ildən etibarən QHT layihələri üzrə hesabatların elektron qəbulu məqsədilə e-hesabat proqram təminatı yaradılıb. Bu proqram icra olunan layihələrin nəticələri üzrə təsviri və maliyyə hesabatlarının qəbulu prosesini həyata keçirir. Lakin, Şuranın apardığı müşahidələr və monitorinqlər, etdiyi təhlillər, eləcə də, QHT-lərdən daxil olan təkliflər layihələrin idarə edilməsi və hesabatların qəbulu üzrə elektron proqramın yenilənməsini və təkmilləşdirilməsini zəruri edirdi. Buna görə, 2019-cu ildən etibarən Şuranın göstərdiyi elektron xidmətlərin keyfiyyətinin və funksionallığının daha da artırılması, yuxarıda qeyd olunan problemlərin aradan qaldırılması, eyni zamanda xidmətin digər elektron xidmətlərlə inteqrasiya olunaraq vahid mərkəzdə cəmlənməsi məqsədilə “Layihələrin idarə edilməsi və e-hesabat” adlı yeni proqram tətbiq ediləcək. Bu proqrama görə, QHT layihələrinin idarəedilməsi və hesabatların (təsviri və maliyyə) qəbulu tamamilə elektronlaşdırılacaq və vahid baza üzərindən aparılacaq. Bundan başqa, proqram layihələrin yekunlarına dair müvafiq statistika və ümumiləşdirmələrin aparılmasını təmin edəcək. QHT-lər Şuranın bütün elektron xidmətlərinə vahid şifrə ilə giriş imkanı əldə edəcəklər. Layihə idarəedilməsi və hesabatların qəbulu ilə bağlı yazışmalar eyni zamanda QHT-lərin e-mail ünvanlarına avtomatik olaraq göndəriləcək ki, bu da qarşılıqlı əlaqələrin operativliyini yüksəldəcək və kommunikasiyada olan bütün çətinlikləri aradan qaldıracaq.

 

Şuranın təklif etdiyi növbəti önəmli və böyük yeniliklərdən biri “QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi” proqramıdır. Bəlli olduğu kimi, hazırda QHT-lərin hesabatlıq vəziyyətində bir sıra nöqsanlar və çatışmazlıqlar müşahidə olunur. Belə ki, bəzi QHT-lər hesabatları qrant müqaviləsində qeyd olunan vaxtda və tələblərə uyğun səviyyədə təqdim etmir. Həmçinin, hesabatda aşkarlanan nöqsanların aradan qaldırılması müəyyən olunmuş müddətdə həyata keçirilmir. Nəticədə, Şuranın layihələrin idarəedilməsi qaydalarının müvafiq tələbləri və  hesabatların vaxtında təqdim olunması ilə bağlı müqavilə öhdəlikləri pozulur. Bu səbəbdən QHT hesabatlığında yol verilən nöqsan və çatışmazlıqları aradan qaldırmaq, bu sahədə ictimai nəzarəti təmin etmək, QHT-lərin məsuliyyətini və hesabatlıq intizamını gücləndirmək məqsədilə yeni onlayn müşahidə proqramı yaradılır. Bu proqram vasitəsilə QHT nümayəndələri və digər vətəndaşlar bütün layihələr üzrə hesabatlıq vəziyyətini onlayn müşahidə edə biləcəklər. Hesabatın təqdim olunma müddəti Şura ilə QHT arasında imzalanmış qrant müqaviləsində təsbit olunur.

 

Hesabatın gecikdirilməsi ilə bağlı aşağıdakı məhdudiyyət tədbirlərinin tətbiqi nəzərdə tutulur:

 

1. 5 iş günündən – 15 iş gününədək gecikdirildiyi halda rəsmi xəbərdarlıq edilir;

2. 16 iş günündən – 30 iş gününədək gecikdirildiyi halda layihənin icrasına ayrılan maliyyə vəsaitinin sonuncu tranşı ödənilmir və Şuranın növbəti qrant müsabiqəsində iştirak etmək hüququndan məhrum edilir;

3. 31 iş günündən – 60 iş gününədək gecikdirildiyi halda 1 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir;

4. 61 iş günündən artıq gecikdirildiyi halda 2 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir və ayrılmış vəsaitin qaytarılması üçün müvafiq tədbirlər görülür.

 

“Konsultativ dəstək üzrə onlayn xidmət” Şuranın növbəti ildən tətbiq edəcəyi yenilikdir. Belə ki, Şura 2019-cu ildən etibarən layihə təkliflərinin hazırlanması və təqdim olunması, layihələrin idarə edilməsi, mühasibatlıq, hüquq məsələləri, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələrin qurulması, QHT-lərin təsis sənədlərinin hazırlanması, QHT-lərin idarə olunması və QHT fəaliyyətinə aid olan digər mövzular üzrə konsultativ xidməti onlayn formada təşkil edəcək. Bununla yanaşı, konsultativ xidmətin mövzuları QHT-lərin istək və təklifləri əsasında da müəyyən ediləcək. Bu xidmət Şuranın rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq və müzakirələrin interaktivliyi təmin ediləcək. Müzakirə olunacaq mövzu barədə QHT-lərə sosial şəbəkələr vasitəsilə məlumat veriləcək. Onlayn konsultativ xidmət hər həftənin müəyyən günü (indiki halda çərşənbə günü, saat 15:00-dan 16:00-dək) təşkil olunacaq. Bundan başqa, QHT nümayəndələri onları maraqlandıran sualları istənilən zaman Şuranın rəsmi Facebook səhifəsinin ismarıc qutusuna ünvanlaya bilər.

 

QHTinnovasiya.az saytının yaradılmasında məqsəd QHT layihələrində ideya qıtlığı və problemlərin həllinə bəsit yanaşmaların ardan qaldırılması, QHT sektorunun artan tələbatını qarşılamaq, mövcud çağırışlara cavab vermək, Azərbaycanın milli maraqlarını ölkə daxilində və xaricində yüksək səviyyədə təmsil etmək məqsədilə mövcud kadrların potensialını səfərbər etmək və yeni kadr hazırlığını həyata keçirmək, QHT sektorunda çalışan və ya çalışmaq istəyən çoxsaylı könüllülər haqqında məlumat bazasını hazırlamaq və onları vətəndaş cəmiyyətinin inkişafına və dövlət quruculuğu prosesinə yaxından cəlb etmək və digər səbəblərdi. Saytın strukturu əsasən İdeya bankı, Kadr bankı, Könüllü bankı, Ekspert bankı və Təlim Bankı  bölmələrindən ibarət olacaq.

 

Şura tərəfindən təkilfi oluna növbəti yenilik, QHT təmsilçilərinin, vətəndaşların Apelyasiya komissiyasının iclasında onlayn iştirak imkanını yaratmaqdır. Məlum olduğu kimi, şəffaflığı və ədalətliliyi təmin etmək üçün Şuranın Apelyasiya komissiyası qrant müsabiqələrinin nəticələri ilə bağlı Şuranın qəbul etdiyi qərardan narazı qalan QHT-lərin müraciətlərinə baxır. Komissiyaya müraciətlər onlayn şəkildə qəbul edilir. Apelyasiya komissiyasının iclasları QHT nümayəndələrinin bilavasitə iştirakı ilə Şuranın inzibati binasında keçirilir. Komissiyanın iclaslarına müstəqil ekspertlər və KİV nümayəndələri dəvət olunur. Bir sıra hallarda sağlamlıq imkanları məhdud olan, o cümlədən regionlarda fəaliyyət göstərən QHT nümayəndələri Apelyasiya komissiyasının iclaslarında şəxsən iştirak etməkdə çətinlik çəkirlər. Bu səbəbdən Şura 2019-cu ildən etibarən sağlamlıq imkanları məhdud olan və regionlarda fəaliyyət göstərən QHT nümayəndələrinə Komissiyanın iclaslarına birbaşa qatılmadan, onlayn (video görüntülü) şəkildə müzakirələrdə iştirak imkanı yaradacaq.

 

Şuranın təklif etdiyi sonuncu yenilik “QHT Şurası” mobil tətbiqetmə proqramı haqdadır. Məlumdur ki, Şuranın ictimaiyyətlə əlaqələr və informasiya təminatını həyata keçirmək məqsədilə qurumun cssn.gov.az rəsmi internet saytı, qhtxeber.az informasiya portalı, e-qht.az elektron xidmətlər portalı və eləcə də, Şuranın facebook, tvitter və youtube sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir. Şuranın fəaliyyəti, göstərdiyi xidmətlər, tətbiq etdiyi yeniliklər haqqında QHT-ləri və geniş ictimaiyyəti operativ məlumatlandırmaq və onların Şuranın informasiya resurslarından istifadəsini daha da asanlaşdırmaq məqsədilə yeni mobil tətbiqetmə proqramı yaradılıb. Bu proqram mobil telefon istifadəçilərinə onlayn və oflayn rejimdə Şuranın fəaliyyəti haqqında istənilən məlumatla tanış olmaq imkanı verir. Proqramı ödəniş etmədən Google Play Store-dan “QHT Şurası” ifadəsini yazaraq telefona yükləmək olar.

 

Proqramın ən böyük üstünlüyü oflayn rejimdə asanlıqla istifadəsinin mümkünlüyüdür. Bu proqram vasitilə QHT-lər və geniş ictimaiyyət üçün Şuranın fəaliyyəti barədə vahid və mərkəzləşdirilmiş qaydada məlumat əldə etmək imkanı yaradılır, qrant müsabiqəsinin elanı, nəticələri və Şura ilə bağlı digər mühüm xəbərlər xüsusi bildiriş formasında proqram istifadəçilərinə dərhal göndərilir. Bununla da Şuranın informasiya təminatı müasir tələblərə uyğunlaşdırılır.


Qafar Ağayev
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əfqanıstan Pakistandakı səfirini geri çağırıb
27.03.2019, 00:54

Əfqanıstan Pakistandakı səfirini geri çağırıb

Bakı-Tbilisi-Qars sərnişin qatarı Gürcüstanda test olunur
27.03.2019, 00:44

Bakı-Tbilisi-Qars sərnişin qatarı Gürcüstanda test olunur

Azərbaycanlıların soyqırımı günündə erməni təxribatı - FOTO
27.03.2019, 00:28

Azərbaycanlıların soyqırımı günündə erməni təxribatı - FOTO

Belarus-Rusiya münasibətlərində gərginlik
27.03.2019, 00:13

Belarus-Rusiya münasibətlərində gərginlik

Ərdoğanın təşəbbüsü YUNESKO-da müzakirə ediləcək
26.03.2019, 23:55

Ərdoğanın təşəbbüsü YUNESKO-da müzakirə ediləcək

Təhsil ekspertindən REKTORA: “Şəxsi qazanc gözlərini elə tutub ki...”
26.03.2019, 23:37

Təhsil ekspertindən REKTORA: “Şəxsi qazanc gözlərini elə tutub ki...”

“Komanda psixoloji cəhətdən çox yorğun idi” – Baş məşqçi
26.03.2019, 23:14

“Komanda psixoloji cəhətdən çox yorğun idi” – Baş məşqçi

Azərbaycan nefti bahalaşıb
26.03.2019, 22:57

Azərbaycan nefti bahalaşıb

Qanunu pozan suriyalılar Türkiyədən çıxarılacaq
26.03.2019, 22:41

Qanunu pozan suriyalılar Türkiyədən çıxarılacaq

Bakıda 19 yaşlı qız itkin düşüb - FOTO
26.03.2019, 22:27

Bakıda 19 yaşlı qız itkin düşüb - FOTO

Paşinyan naziri Moskvaya göndərib - SƏBƏB
26.03.2019, 22:13

Paşinyan naziri Moskvaya göndərib - SƏBƏB

Mişel Obama dünyanın ən populyar memuarını yazıb: 5 ayda 10 milyon satış
26.03.2019, 21:56

Mişel Obama dünyanın ən populyar memuarını yazıb: 5 ayda 10 milyon satış

Bir ayda 141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı
26.03.2019, 21:41

Bir ayda 141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı

Qara Qarayev prospekti sabah da nəqliyyat üçün qapalı olacaq
26.03.2019, 21:24

Qara Qarayev prospekti sabah da nəqliyyat üçün qapalı olacaq

Xətaidə zenit top mərmisi aşkarlandı
26.03.2019, 21:16

Xətaidə zenit top mərmisi aşkarlandı

Gəncədə avtoxuliqanlıq edən gənclər tutuldu - FOTO
26.03.2019, 20:59

Gəncədə avtoxuliqanlıq edən gənclər tutuldu - FOTO

Azərbaycan Ordusunun əsgəri şəhid oldu - FOTO
26.03.2019, 20:44

Azərbaycan Ordusunun əsgəri şəhid oldu - FOTO

Polis hava limanında həmkarını güllələdi
26.03.2019, 20:27

Polis hava limanında həmkarını güllələdi

ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
26.03.2019, 20:16

ABŞ İrana qarşı sanksiyalarını genişləndirib

“Mülki geyimli şəxslər FHN-nin növbədən çıxan əməkdaşları olub” - FHN rəsmisi
26.03.2019, 20:01

“Mülki geyimli şəxslər FHN-nin növbədən çıxan əməkdaşları olub” - FHN rəsmisi

“Əli İnsanovla görüşüb, müzakirə aparmışıq” - Eldar Namazov
26.03.2019, 18:14

“Əli İnsanovla görüşüb, müzakirə aparmışıq” - Eldar Namazov

“Qarabağ qaziləri”nə yeni sədr seçildi
26.03.2019, 18:03

“Qarabağ qaziləri”nə yeni sədr seçildi

İsveçdə “Tumurcuq” teatrının açılışı oldu   
26.03.2019, 17:49

İsveçdə “Tumurcuq” teatrının açılışı oldu  

Fransa mətbuatı Mehriban Əliyevanın səfərindən yazdı
26.03.2019, 17:40

Fransa mətbuatı Mehriban Əliyevanın səfərindən yazdı

Prezident metronun “Bakmil” stansiyasına getdi - FOTOLAR - YENİLƏNİB
26.03.2019, 17:26

Prezident metronun “Bakmil” stansiyasına getdi - FOTOLAR - YENİLƏNİB

Qarabağ Azadlıq Təşkilatı mitinq qərarı verdi
26.03.2019, 17:19

Qarabağ Azadlıq Təşkilatı mitinq qərarı verdi

Trampın Colan təpələrinə “qol qoyması” Qarabağın “gülünü açır”
26.03.2019, 17:05

Trampın Colan təpələrinə “qol qoyması” Qarabağın “gülünü açır”

Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq
26.03.2019, 16:34

Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq

FHN rəsmisi: “İlkin məlumata görə, “Diqlas”dakı yanğın gül dükanından başlayıb”
26.03.2019, 16:23

FHN rəsmisi: “İlkin məlumata görə, “Diqlas”dakı yanğın gül dükanından başlayıb”

Qonşusunun itini güllələdi, polisə düşdü
26.03.2019, 16:15

Qonşusunun itini güllələdi, polisə düşdü

Peyğəmbərin həyatı haqda kitabın tərcüməçisi İsa Əliyevin anım günü yaxınlaşır
26.03.2019, 16:05

Peyğəmbərin həyatı haqda kitabın tərcüməçisi İsa Əliyevin anım günü yaxınlaşır

1990-cı ildə Ermənistan Azərbaycana necə hucum etmişdi? - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO 
26.03.2019, 15:52

1990-cı ildə Ermənistan Azərbaycana necə hucum etmişdi? - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO 

26.03.2019, 15:42

"Ticarət mərkəzinin rəhbərliyi təhlükəsizlik qaydalarına əməl etməyib" - Nazirlik rəsmisi

Nazirliyin işçiləri üçün xarici dil kursları təşkil olunub
26.03.2019, 15:32

Nazirliyin işçiləri üçün xarici dil kursları təşkil olunub

Bu gün Avro-2020-nin seçmə mərhələsində II tura yekun vurulacaq - TƏQVİM
26.03.2019, 15:27

Bu gün Avro-2020-nin seçmə mərhələsində II tura yekun vurulacaq - TƏQVİM

23 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib
26.03.2019, 15:14

23 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

Sərdar Cəlaloğlu: “Nemət Pənahlının ziqzaqvari hərəkətləri hamıya məlumdur”
26.03.2019, 15:05

Sərdar Cəlaloğlu: “Nemət Pənahlının ziqzaqvari hərəkətləri hamıya məlumdur”

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından niyə uzaqlaşdırılıb? - “Açıqlama vermək fikrim yoxdur”   
26.03.2019, 14:54

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından niyə uzaqlaşdırılıb? - “Açıqlama vermək fikrim yoxdur”  

Bakıda orta məktəbdən oğurluq oldu
26.03.2019, 14:25

Bakıda orta məktəbdən oğurluq oldu

Zabratda avtomobil piyadanı vurub
26.03.2019, 14:15

Zabratda avtomobil piyadanı vurub

“O sahibkarların zərərini kim ödəməlidir?”
26.03.2019, 14:05

“O sahibkarların zərərini kim ödəməlidir?”

Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb
26.03.2019, 13:55

Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb

Uşaqlara qazlı su içirtməyin!
26.03.2019, 13:45

Uşaqlara qazlı su içirtməyin!

Gəncədə 19 yaşlı qız bıçaqlandı
26.03.2019, 13:36

Gəncədə 19 yaşlı qız bıçaqlandı

Tələbələr dəhşətli qəzaya düşdülər - 5 nəfər öldü
26.03.2019, 13:25

Tələbələr dəhşətli qəzaya düşdülər - 5 nəfər öldü

Novruz tətilindən sonrakı ilk iş gününün hava PROQNOZU
26.03.2019, 13:16

Novruz tətilindən sonrakı ilk iş gününün hava PROQNOZU

Nazirlik yanmış “Diqlas”ı sökür - AÇIQLAMA
26.03.2019, 13:05

Nazirlik yanmış “Diqlas”ı sökür - AÇIQLAMA

“Yanğın baş verən ərazidə oğurluq və soyğunçuluq halı qeydə alınmayıb” - Oruc Zalov
26.03.2019, 12:55

“Yanğın baş verən ərazidə oğurluq və soyğunçuluq halı qeydə alınmayıb” - Oruc Zalov

İraqlı şagird: “Bakıdan müsbət enerji aldım”
26.03.2019, 12:46

İraqlı şagird: “Bakıdan müsbət enerji aldım”

26.03.2019, 12:37

"Malları yanan iki sahibkarın  səhhəti pisləşib" - SƏHİYYƏ NAZİRLİYİ

ARXİV