Modern.az

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”da  ilk qızıl medalını qazanıb

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”da  ilk qızıl medalını qazanıb

İdman

30 Aprel 2026, 20:20

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış günü “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub. İdmançılarımız turnirin ikinci günündə 1 qızıl, 1 gümüş, 2 bürünc olmaqla 4 medala layiq görülüblər.

Modern.az xəbər verir ki, akademik avarçəkmədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 1500 metr məsafəyə yürüşdə Azər İlyasov birnəfərlik qayıqda qızıl medala sahib olub. Birnəfərlik kayakda 500 metr məsafədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə gümüş medal qazanıb. Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütü ikinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində üçüncü olub. Niyaz Məlikov - İvan Vorobjanski 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində ikinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xatırladaq ki, "Prezident Kuboku 2026" reqatasına mayın 1-də yekun vurulacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu