Modern.az

Xarici qüvvələr sülh prosesinə təsir etməyə çalışır - deputat

Xarici qüvvələr sülh prosesinə təsir etməyə çalışır - deputat

Aktual

Bu gün, 17:45

Ermənistanda seçkilər yaxınlaşdıqca, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi üzrə müsbət tendensiyalar müşahidə olunduqca sülh prosesinin irəliləməsinə kölgə salmaq istəyən qüvvələr də mövcuddur.

Bunu Modern.az-a açıqlamasında deputat Azər Badamov deyib. 

Deputat qeyd edib ki, həmin qüvvələrin hədəfi təkcə İrəvanı qarışdırmaq deyil, həm də Azərbaycanın daxili siyasətinə təsir etmək, bütövlükdə isə Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlara zərbə vurmaqdır.

"Avropa təsisatlarında korrupsiya və rüşvət artıq instutisionallaşıb. İllər ərzində Avropa qurumlarında rüşvət qalmaqallarının və korrupsiya faktlarının şahidi olsaq da, təəssüf ki, bunlarla bağlı ciddi araşdırmalar aparılmayıb".

1516560

A. Badamov vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın əks olunduğu video görüntülər ortaya çıxır. Bu şəxslər pullu erməni lobbiçilərindən maliyyələşirlər, Ermənistanın daxili proseslərinə müdaxilə etməyə çalışırlar, regionla bağlı yalan və yanlış fikir formalaşdırmaq istəyirlər. 

"Bu proses həm də İrəvanı dərindən düşündürməlidir. Keçmişdə Nikol Paşinyanı "nümunəvi siyasətçi" kimi təqdim edən bu dairələr bu gün onun məhv edilməsi planları qururlar. Bu çirkli oyundur və regional sülhə birbaşa təhdiddir. Təsadüfi deyil ki, bu planların icrasında ağıla gələn ilk isim Cozef Borreldir. Çünki Borrel Azərbaycana qarşı ənənəvi olaraq çirkli kampaniyalar aparan bir simadır. Okampo və oğlu həm də ABŞ-dakı erməni lobbisinin dəstəyi ilə Cənubi Qafqazda yeni və çirkli oyunlar qurmaq istəyirlər".

"Erməni lobbisinin maliyyə dəstəyi və sifarişi ilə regional sülhə kölgə salınır və region əleyhinə kampaniyalar davam etdirilir. Olduqca həssas bir dönəmdən keçdiyimiz üçün Ermənistan bu proseslərdə ayıq-sayıq yanaşma sərgiləməli və məsuliyyətli davranmalıdır" - sonda millət vəkli vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu