Modern.az

Milli Qəhrəman Xankəndidə restoran açır

Milli Qəhrəman Xankəndidə restoran açır

Aktual

30 Aprel 2026, 17:55

Milli Qəhrəman İbad Hüseynlinin təşəbbüsü ilə Xankəndi şəhərində yeni restoran istifadəyə veriləcək. 

Modern.az xəbər verir ki, bu barədə Milli Qəhrəman öz sosial şəbəkə hesabında paylaşım edib. 

“Qarabağ Qəhrəmanı” adlanan restoranın açılış mərasimi mayın 1-də, saat 13:00-da baş tutacaq. Məkan Xankəndi şəhərində, Araz marketin yaxınlığında yerləşir.

İbad Hüseynli paylaşımında hər kəsi açılış mərasiminə dəvət edib və bildirib ki, yeni restoran Qarabağın dirçəlişinin, milli ruhun və qürurun ifadəsi kimi fəaliyyət göstərəcək.

 


 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə