Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu keçirilib.
Modern.az xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı klubunun qollarını Emil Səfərov və Bassala Sambu vurub. Qonaqların qoluna isə Elvin Bədəlov avtoqolla imza atıb.
Ağdam təmsilçisi 59 xalla ikinci, “ağ-qaralar” isə 47 xalla dördüncü pilləyə yüksəlib. Bununla da "Sabah" klubunun çempionluğu rəsmiləşib. Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.