Modern.az

Avtomobil dərəyə aşdı, 20-yə yaxın ölü var

Avtomobil dərəyə aşdı, 20-yə yaxın ölü var

Dünya

30 Aprel 2026, 22:50

Nepalda yolsuzluq avtomobilinin dağlıq ərazidə uçurumdan düşməsi nəticəsində azı 17 nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə "Nepal News" portalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Lumbini-Pradeş əyalətinin Rolpa rayonunda baş verib. Avtomobil yoldan çıxararaq təxminən 800 metr hündürlükdən dərəyə yuvarlanıb.

Qəzanın səbəbi məlum deyil. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var